
“Mehdiyevlər gəldi-gedərdir, amma AMEA yaşamalıdır”
Yusif Nəzərli
15:18 14.02.2022
Aktual
746
Qulu Məhərrəmli:“Yaşı 100-ə çatmaqda olan akademiyanı ləğv etmək yox, indi bu elm ocağımızın yüksək dəyərini saxlamaq üçün planlar qurmalıyıq”
Elçin Əfəndi: “İnstitutlar akademiyadan alıb universitetlərə verilməlidir. AMEA-dan olan gözləntilərimizi tədricən azaltmaq və yalnız bilinən istiqamətlərdə onun inkişafı üçün layihələr keçirmək lazımdır”
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev bu elm ocağını intriqa məkanına çevirdiyi üçün AMEA-nın ləğvi məsələsi gündəmə gəlib. Bəziləri bu qurumda tədqiqat işlərinin aparılmamasını, elmə töhfə verməməsini, fəliyyətində ciddi boşluqlar buraxmasını ortaya ataraq, fəaliyyətinin gərəksiz olduğunu düşünür. Bəziləri isə ayrı-ayrı şəxslərə görə ölkəmizin elm məbədi sayılan təşkilatın ləğvinin deyil, yenilənməsinin tərəfdarı olduğunu bildirir.

Teletənqidçi, BDU-nun professoru Qulu Məhərrəmli də qeyd edib ki, ara-sıra səslənən “AMEA ləğv olunmalıdır” çağırışları ciddi narahatlıq yaradır. O “Sherg.az”a açıqlamasında qeyd edib:
“Ona görə ki, məmləkətin elm, bilik, tədris və fikir məbədi olan Elmlər Akademiyası təkcə orada çalışanların iş yeri deyil, həm də hamımızındır, xalqımızın XX əsrdə qazandığı qiymətli milli sərvətidir. Əlbəttə, bu gün həmin elm mərkəzində yaşananlar, yöndəmsiz idarəçiliyin törətdiyi əcaib vəziyyət, dövrümüzün ən ziyanlı fiqurlarından olan R.Mehdiyevin öz niyyətləri üçün akademiyanı səngərə çevirməsi bu qurumu ləğv etmək üçün əsas ola bilməz. Biz bilməliyik ki, xalqın milli düşüncəsinə və mənəviyyatına ağır zərbələr vurmuş Mehdiyevlər gəldi-gedərdir, amma ölkə elminin simvolu olan AMEA yaşamalıdır”.
O, izah edib ki, ləğv yerinə ciddi islahatlar aparılsın:
“Təbii ki, əsaslı islahatlar aparmaq, idarəçilik sistemini dəyişmək, elmi araşdırmaları stimullaşdırmaq, institutları fəallaşdırmaq, oraları bisavad akademiklərdən təmizləmək, alimlərin maaşlarını artırmaqla çox şeyə nail olmaq mümkündür. Yəni biz gerçək yaşı 100-ə çatmaqda olan akademiyanı ləğv etmək yox, indi bu elm ocağımızın yüksək dəyərini saxlamaq üçün planlar qurmalıyıq”.
Təhsil eksperti Elçin Əfəndi AMEA-nın ləğv olunmasının tərəfdarı olmadığını vurğulayıb:
“Bütün heyəti buraxılmalı və bu vəzifələrə layiq olan şəxslər gətirilməlidir. Müəyyən akademiklər var ki, ölkədən didərgin düşüb. Xaricə üz tutdular. Elə alimlər var ki, AMEA-nın mövcud rejiminin əsarəti altındadır. Onların əlləri-qolları geniş deyil ki, müəyyən işlər görsünlər. Akademiklərin yetişməsi üçün, elmlər doktoru və elmlər namizədlərinin normal şəkildə işləməsi üçün ciddi işlər görmək lazımdı. İnstitutlar akademiyadan alıb universitetlərə verilməlidir. AMEA-dan olan gözləntilərimizi tədricən azaltmaq və yalnız bilinən istiqamətlərdə onun inkişafı üçün layihələr keçirmək lazımdır”.
Ekspert Ramiz Mehdiyevdən bəhs edib:
“Mehdiyevə qarşı fokuslanan fikirlər AMEA-nın ləğvi ilə bitməməlidir. Bu, absurd nəticə olar”.
Cəmilə ƏZİM
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Serbiya parlamentində ikinci gündür yeni sədr seçilə bilmir
23:32 18.11.2026
Dünya
İsrail Qəzzanın mərkəzində əməliyyata başladı
22:54 18.11.2026
Gündəm
Putinlə Trampın görüşü qısa olacaq - Kreml
22:18 18.11.2026
Dünya
Bərdədə piyadanı avtomobil vuraraq öldürüb
21:16 18.11.2026
Hadisə
Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan
21:04 18.11.2026
Cənubi Qafqaz
Milli Məclisin sədri Türkmənistana işgüzar səfərə gedib
20:52 18.11.2026
Siyasət
Paşinyanın ən çətin sınağı başlayır - Elçin Alıoğlu
20:31 18.11.2026
Gündəm
Putinlə Tramp arasında APEC sammitində danışıq baş tutmayıb
20:10 18.11.2026
Siyasət
ÜST-dən SOS - 6 addım 1,6 milyon insanın həyatını xilas edə bilər
19:58 18.11.2026
Aktual
Xosep Qvardiola Səudiyyə Ərəbistanında işləməkdən imtina edib
19:50 18.11.2026
Futbol
Lemmidən çağırış: Yenidən AB üzvü olmalıyıq!
19:42 18.11.2026
Dünya
ABŞ Qeşm adasında SEPAH-ın raket buraxılış məntəqəsini vurdu
19:28 18.11.2026
Gündəm
Əkrəm İmamoğluna iki il həbs cəzası verildi
19:12 18.11.2026
Aktual
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:24 18.11.2026
Dünya