"Əsgər ölümünə görə hərbi həkim 2 il 8 ay azadlıqdan məhrum edilib".
Sherg.az xəbər verir ki, bu haqda tanınmış jurnalist Ləman Ələşrəfqızı özünün feysbuk səhifəsində qeyd edib. Onun sözlərinə görə, Füzuli məhkəməsi bu gün belə cahanşümul qərar çıxarıb:
"Məlum olur ki, əsgər ürək ağrılarından şikayətçi olub, həkim isə onun şikayətini heçə sayıb və sadəcə təzyiqini ölçüb təkrar h/h-yə geri qaytarıb. Qısa müddətdən sonra əsgər ürəkdən ölüb.
Ürək problemi olan gənci hərbi xidmətə yararlı sayanlar bu gün də ölsünlər, sabah da. Tək o həkim yox, onu hərbi xidmətə göndərənlər də cəzalandırılmalıdır. Özü də 2 il, 8 ay yox e. Ömürlük! Bəsdir, bədbəxt elədiniz ailələri, gözüyaşlı qoydunuz anaları".