Vətən müharibəsində sağlamlığını itirmiş 259 nəfər xarici ölkələrə müalicəyə göndərilib
Yusif Nəzərli
11:37 14.04.2022
Cəmiyyət
597
Xaricə müalicəyə göndərilmiş Vətən müharibəsi qazilərinin sayı açıqlanıb.
"Report" xəbər verir ki, Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov bildirib ki, Vətən müharibəsi dövründə sağlamlığını itirmiş 259 nəfər xarici ölkələrə müayinə və müalicəyə göndərilib.
Nazir həmin şəxslərin böyük əksəriyyətinin müalicəsini başa vuraraq Vətənə qayıtdıqlarını diqqətə çatdırıb.
Qeyd olunub ki, Azərbaycan Prezidentinin müvafiq fərmanının tələblərinə əsasən 1997-ci ilin 2 avqust tarixinə kimi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş 17 995 şəhadətnamə elektron informasiya alt sisteminə yerləşdirilib.
General-polkovnik Z.Həsənov Vətən müharibəsi zamanı yaralıların döyüş meydanından təxliyə olunması, 11110 nəfərə tibbi yardımın göstərilməsi və tezliklə sağalması üçün əllərindən gələni edən tibb işçilərinə təşəkkürünü bildirib.
Müdafiə naziri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları aidiyyəti üzrə çatdırıb, tibb xidmətinin daha da təkmilləşdirilməsi ilə bağlı göstərişlər verib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranda üç etirazçı edama məhkum edildi
17:26 17.11.2026
Dünya
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
17:24 17.11.2026
İqtisadiyyat
Britaniya TRIPP-in təhlükəsizliyinə töhfə verə bilər - ŞƏRH
17:18 17.11.2026
Aktual
Ehtiyac meyarı ilə bağlı qanun layihəsi ilk oxunuşdan keçdi
17:09 17.11.2026
Sosial
Nazim İbrahimovun yeni fotosu heyrətləndirdi - FOTO
16:58 17.11.2026
Cəmiyyət
Əmək haqqı ödənişləri elektronlaşdırılacaq
16:55 17.11.2026
Sosial
Gələn il üçün ehtiyac meyarı 314 manat olacaq
16:23 17.11.2026
Sosial
Qərb Ermənistanı Rusiya ilə üz-üzə qoya bilər - Politoloq
16:12 17.11.2026
Gündəm
Rusiyada internet kəsilib
16:06 17.11.2026
Dünya
Tramp İrana sərt xəbərdarlıq edib
15:45 17.11.2026
Dünya
Ölkə üzrə birdəfəlik sosial müavinətlərin ödənişi yekunlaşdırılıb
14:57 17.11.2026
Sosial
Yazıçılar Birliyinin üzvü 3-cü mərtəbədən yıxıldı
14:49 17.11.2026
Hadisə
Naxçıvanda payızlıq taxıl əkini 2 dəfəyə yaxın artıb
14:20 17.11.2026
İqtisadiyyat
Azərbaycanda bu müəllimlərə kirayə və yol pulu veriləcək
14:15 17.11.2026
Elm və Təhsil
Ukrayna 1500-ə yaxın PUA ilə Rusiyaya hücum etdi
13:52 17.11.2026
Dünya