20 il xərçənglə mübarizə: Xəstəliyini kitablardan öyrəndi
20 il xərçənglə mübarizə: Xəstəliyini kitablardan öyrəndi
Yusif Nəzərli
14:04 11.08.2024
Dünya
417
Sərkan Topal ayaqlarında ağrı şikayəti ilə xəstəxanaya gedib. Həkimlər müalicə təyin edib. Müalicə olunan Sərkan evə döndükdə ensiklopediyaları qarşısına qoyaraq oxumağa başlayıb. Və heyrətə gəlib. Sərkan ağrıların əlamətinə görə sümük xərçəngi olduğunu bilib. “Sümük xərçəngi olanların uzaq başı 2 il yaşadığını öyrənəndə, heyrətə gəldim. Düşündüm ki, mən də ən çox 2 il yaşayacam. Bu, məni çox qorxutdu”.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən Sərkan Topalın xəstəliklə necə mücadilə apardığını təqdim edir. Sərkan Topalın ayaq ağrıları 1990-cı ildə kəskin artıb. Xəstəxanaya gedərək müayinə olunub. Ayaqlarından biopsi alınaraq analizə göndərilib. Biopsiyə göndərilən parçalardan biri bilinməyən səbəblərdən itib, digər parçanın analizində isə sümük iltihabı müəyyənləşib. Sərkan Baltalimanı Xəstəxanasında doktor Şinasi Numan tərəfindən əməliyyat edilib. Əməliyyatdan sonra ağrılar azalıb. Amma analizlərdə sarkoma – sümük xərçəngi təsbit edilib. Bundan sonra müalicənin digər mərhələsi başlayıb. “O zaman mən ikinəfərlik palatada yatırdım. Baxdım ki, burada müalicə alanların saçları tökülüb. Analizin cavabından bir şey anlamamışdım. Özümə dedim ki, görəsən niyə məni xərçəng xəstələri ilə eyni palataya köçürüblər? Müalicə kursu başladı və mənim də saçlarım tökülməyə başladı. 6 ay xəstəxanada qaldım. Evə döndükdən sonra analizdə yazılanlarla bağlı ensiklopediyada axtarış aparmağa başladım və xərçəng xəstəsi olduğumu öyrəndim. Heyrətə gəldim. İndi həkimlər fərqlidir. Ağır xəstəliklərlə bağlı insanlara ehtiyatla xəbər verirlər, ailə içində olmalarını təmin edirlər. O gün yaşadığım travmanı heç unuda bilmirəm. Bir gün axşam çağı tuneldə qəzaya şahid oldum. Yenə eyni qorxunu yaşadım”, söyləyən Sərkanın müalicəsi 18 ay çəkib. Həm kimya terapiyası, həm də şüa terapiyası alıb. Övladının olmayacağından qorxsa da, süni mayalanma yoluyla bir qız övladı dünyaya gəlib. Sərkan Topal ağır xəstəliklərlə mücadilə edənlərə ümid işığı yandırır və “heç kim ümidsiz olmasın, özünü gücsüz saymasın, xəyallarından vaz keçməsin. Mən hamıdan gözəl xəbərlər gözləyirəm. Qoy hamı illər sonra illər əvvəl başına gələnləri kağıza köçürsün. Bir-birimizə dəstək olaq”, deyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan və Seneqal arasında memorandum imzalanıb
01:20 26.09.2026
Siyasət
İran ABŞ-yə Hörmüz boğazı ilə bağlı yeddi günlük plan təqdim edib
00:58 26.09.2026
Gündəm
Hakan Fidan ABŞ-da Abbas Əraqçi ilə görüşüb
00:40 26.09.2026
Region
Dünya ulduzunun Rusiyadakı konsertləri ləğv edildi
23:13 25.09.2026
Şou
Bu ölkədə benzin rekord qiymətə qalxdı
22:41 25.09.2026
Dünya
Putin: Rusiya Avropa ilə hərbi əməliyyatlara hazırlaşmır
21:49 25.09.2026
Aktual
Ərdoğan BMT-də Netanyahuya ad çəkmədən mesaj verdi
21:33 25.09.2026
Gündəm
Ermənistan-Rusiya münasibətləri daha da pisləşə bilər - Politoloq
21:30 25.09.2026
Siyasət
Putin Si Cinpin və Trampın danışıqları barədə: “Qısqanmıram”
21:09 25.09.2026
Dünya
Çətir və gödəkçələri hazırlayın: 7-8 gün yağış yağacaq
20:42 25.09.2026
Ekologiya
Rusiya ordusu Kiyevə zərbə endirdi: ölənlər var
20:37 25.09.2026
Gündəm
Azərbaycanın U-21 millisi Çexiya millisi ilə heç-heçə etdi
20:29 25.09.2026
Futbol
Avropada yanacağın bahalaşmasına qarşı etirazlar başlayıb
19:49 25.09.2026
Dünya