Prezidentin səfəri! - ”Bu diqqət və qayğı bütün regionları əhatə edir”
Yusif Nəzərli
14:27 12.08.2022
İqtisadiyyat
1043
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva avqustun 12-də İsmayıllı rayonunda “Basqal Resort & Spa” hotelinin açılışında iştirak ediblər. Onlar İsmayıllı rayonunda “Basqal” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində aparılan və icrası nəzərdə tutulan tikinti-bərpa işləri ilə tanış olublar. Dövlətimizin başçısına və Birinci vitse-prezidentə qoruq ərazisində görülən işlər barədə məlumat verilib.
Səfəri "Sherg.az" dəyərləndirən millət vəkili Cavid Osmanov bildirib ki, Azərbaycan prezidentinin diqqət və qayğısı bütün regionları əhatə edir:
"Prezident Cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın regionlara növbəti səfəri baş tutdu. Səfər çərçivəsində Qobustan və İsmayıllı rayonunda həyata keçirilən yenidənqurma və tikinti-bərpa işləri ilə tanış oldu. Birincisi, ölkə başçısının bu səfərləri onu göstərir ki, Azərbaycan prezidentinin diqqət və qayğısı bütün regionlarda həyata keçirilir. Bunun nəticəsi olaraq da regionlarımız inkişaf edir. Azərbaycanın pandemiya və 44 günlük müharibədən çıxmasına baxmayaraq, ölkəmizdə bölgələrin sosial-iqtisadi inkişafı dövlət proqramının uğurunun sübutudur. Həm işğaldan azad edilmiş ərazilərin, həm də digər ərazilərin inkişafı üçün böyük yenidənqurma işləri aparılır".
Parlamentari qeyd edib ki, görülən bütün işlər dövlət başçısının şəxsi nəzarətindədir:
"Səfərlər çərçivəsində görülən işlərlə yerində tanış olunması, yeni tapşırıqlar verilməsi onu göstərir ki, Azərbaycan cənab İlham Əliyevin rəhbərliyi ilə güclü iqtisadiyyata malikdir və regionlarımızın inkişafı dövlətimizin prioritetidir. Ümumillikdə bütün bunların həyata keçirilməsi, böyük yenidənqurma işlərində, açılışlarda iştirak və bütün bunlara şəxsən nəzarət edilməsi vacib məsələdir. Ölkə başçısının liderlik keyfiyyətləri Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasına şərait yaradır. Eləcə də insanların rahatlığını təmin etmək üçün cənab prezident ardıcıl işlər həyata keçirir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı
Dörd bürcə XƏBƏRDARLIQ: daha diqqətli olmalıdırlar
09:05 15.11.2026
Cəmiyyət
Qışda maşını sürməzdən əvvəl neçə dəqiqə qızdırmaq lazımdır?
08:53 15.11.2026
Aktual
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb
08:11 15.11.2026
Dünya
“Salman Xan 6 həftə məni qorudu” - Oksana Rəsulova
07:59 15.11.2026
Şou
Z nəsli qızları keçəlləşmə təhlükəsi ilə üz-üzədir
07:23 15.11.2026
Sağlamlıq