İran və ABŞ uranın zənginləşdirilməsinin dayandırılması və ya səviyyəsinin azaldılması ehtimalını müzakirə etmir. Danışıqlar hələ bu mərhələyə çatmayıb.
Teleqraf xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai Tehranda keçirdiyi mətbuat konfransında deyib.
Diplomat ABŞ ilə razılaşma çərçivəsində uranın zənginləşdirilməsinin müvəqqəti dayandırılması və ya azaldılması ilə bağlı suala belə cavab verib: "Xeyr, hazırda biz ümumiyyətlə bu mərhələdə deyilik. Bütün bu müddət ərzində nüvə mövzusu ilə bağlı detalları müzakirə etmirik və etməmişik".