«Türkiyə NATO-dan əldə etdiyi təcrübələri Azərbaycanla bölüşür»
Yusif Nəzərli
13:33 10.11.2022
Aktual
714
2020-ci il, 8 noyabr. Xalqı Qarabağa qovuşduran tarix. Bu şanlı tarixin yazılmasının əsas memarı Ali Baş Komandan İlham Əliyev və düşmənə diz çökdürən Azərbaycan Ordusudur. İki il əvvəl, 27 sentyabrda başlayan, 44 günə qazanılan zəfər Qarabağ münaqişəsinə birdəfəlik nida qoydu. Müharibə dövründə erməni silahlı birləşmələri Gəncəyə, Bərdəyə, Tərtərə ballistik və kasetli raketlər atdı, mülki əhalini hədəfə çevirdi. Amma baş verən müharibə cinayətləri millətin iradəsini sındırmadı. Gəncə sakini keçmiş döyüşçü Taryel Şahverdiyevin dediyi kimi, "qan görəndə qorxmuruq, əksinə, qızışırıq".
44 gün ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edildi.
Noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də Laçın rayonları öz sahibinə - Azərbaycana qaytarıldı. Beləliklə, 44 günlük müharibəyə iki kəlmə ilə yekun vuruldu: Qarabağ Azərbaycandır!
Əsas nüansı da unutmamalıyıq. Erməni vandalları 30 il ərzində yaşayış və ictimai binaları yerlə-yeksan edib, bütün infrastruktur obyektlərini, maddi-mədəniyyət abidələrini dağıdıb. Hazırda işğaldan azad edilən torpaqların yenidən qurulması, bərpası qarşıda duran ən mühüm məsələlərdəndir. Qarabağda hər gün daş üstə bir daş qoyulur. Azərbaycanın incisi Qarabağ sözün əsl mənasında dirçəlir.
Qələbə münasibətilə "Sherg.az"la fikirlərini bölüşən Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç bildirib ki, Ankaradan Bakıya verilən mənəvi, siyasi, diplomatik dəstək savaşın qazanılmasında əhəmiyyət daşıyır:
"30 ilə yaxın işğal edilən torpaqların azadlığına qovuşmasının vaxtı çatmışdı. Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın "Azərbaycan tək deyil", Xarici İşlər naziri Mövlud Çavuşoğlunun "Biz Azərbaycana hər cür dəstəyi verməyə hazırıq", Milli Müdafiə naziri Hulusi Akarın "Azərbaycanın yanındayıq" mesajları bizim "bir millət, bir dövlət" olduğumuzun ismarışını ötürmüşdü. Ali Baş Komandan İlham Əliyevin üstün liderliyi, xalqın həyəcanı və can Azərbaycan ordusunun gücü vədənin yetişdiyini göstərirdi. Rayonların işğaldan qurtarılma xəbərləri gəldikcə, sadəcə Azərbaycanda deyil, Türkiyədə də həyəcanla qarşılanırdı. 44 gün müddət ərzində türk xalqı televiziyadan irəliləyişləri izləyirdi.
Mən hər gün məqalələr yazdım. Azərbaycan və digər televiziyalara çıxaraq dəstək mesajları verməyə çalışdım. 44 günlük Vətən müharibəsi dönəmində yazdıqlarımı kitaba çevirdim. Sonra bu kitabı şəhid və qazi ailələri üçün nəzərdə tutulan "YAŞAT" Fondu üçün satdım. Satışdan gələn məbləği Fonda köçürdüm. Qazanılan qələbə Azərbaycanın, həmçinin Türkiyənin, ümumilikdə Türk dünyasının Zəfəridir. Azərbaycan torpaqlarının işğal edilməsi türk dünyası üçün yara idi. Həmin yara sağaldı. Namusumuzu qurtardıq! Zəfərimiz mübarək, düşmənlərimiz lənət olsun! Qədim türk torpaqlarını işğal edən ermənilər, 44 gün ərzində türkün gücünü gördülər. Həmişə deyirik ki, bizimlə dost olun. Düşmənliyi seçsəniz, nə olacağı ortadadır".
H.Kılıçın sözlərinə görə, Azərbaycan və Türkiyənin dostluğu, qardaşlığı çox əhəmiyyətli, qiymətlidir:
"Dövlət başçısı İlham Əliyevin yürütdüyü siyasət təqdirəlayiqdir. Artıq hər kəs Prezidentin ətrafında toplanır, Avropada etibar qazanıb. Müharibənin qalibi olan bir Prezident! Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Prezidentə verdiyi dəstək də önəmlidir. Azərbaycan öz gücü ilə torpaqlarını qoruya bilən dövlətdir. Azərbaycan əvvəl iqtisadi gücünü qazandı, ardınca siyasi liderliyə sahib oldu.
Hərbi gücünü isə Türkiyənin təcrübələri ilə birlikdə daha da möhkəmləndirdi. Türkiyə NATO-nun üzvüdür. NATO-dan əldə etdiyi bütün təcrübələri Azərbaycanla bölüşür. Gürcüstan NATO-ya girmək istədi, başına bəlalar gəldi. Ukrayna NATO-ya girməyə çalışdı, indiki vəziyyətini görürük.
Can Azərbaycan şanslıdır, Türkiyə heç nəyi əsirgəmir.
"Şuşa Bəyannaməsi" Türkiyə və Azərbaycan arasında strateji tərəfdaşlıq yönündə atılan mühüm addımdır. Sənəd Azərbaycan və Türkiyə müttəfiqliyinin "kupçası"dır, çox dəyərlidir. Məktəblərdə öyrədilməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sumqayıtda "Azərboru" zavodunda bıçaqlanma oldu
22:10 13.11.2026
Hadisə
Rusiya Qara dənizdə yük gəmisini vurdu
21:42 13.11.2026
Gündəm
Bakıda avtomobil piyadanın həyatına son qoydu
21:17 13.11.2026
Hadisə
Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası
21:08 13.11.2026
Cəmiyyət
Rusiya və Çin ömrü uzadan dərmanlar hazırlayır
20:44 13.11.2026
Dünya
Quterreşdən XƏBƏRDARLIQ: “Yanan planetdə sülh qurmaq mümkün deyil”
20:43 13.11.2026
Gündəm
BMT: Yəməndə məcburi köçkünlərin sayı 340 mini ötüb
20:28 13.11.2026
Dünya
Dmanisidə V-VIII əsrlərə aid məbədin qalıqları aşkarlanıb
20:21 13.11.2026
Tarix
Avropanın enerji xəritəsində Azərbaycanın çəkisi artır - ŞƏRH
20:20 13.11.2026
Gündəm
Azərbaycanda kirayə qiymətləri 6 %-ə yaxın artıb
20:07 13.11.2026
Sosial
Türkiyə və Qətər arasında "Qarşılıqlı Müdafiə Sazişi" imzalanıb
20:05 13.11.2026
Dünya
Tələbələrin fotolarını montaj edərək hədələyən şəxs saxlanıldı
19:56 13.11.2026
Hadisə
Teymur Hacıyev işdən çıxarıldı - Qərarla razı deyil
19:47 13.11.2026
Cəmiyyət
Sumqayıtda yol çökdü
19:21 13.11.2026
Hadisə