SƏRT TƏPKİ:“İranın Azərbaycan mediası ilə bağlı notası qələtdir”
Yusif Nəzərli
12:44 03.04.2023
Siyasət
793
Rauf Arifoğlu:“Cənub qonşumuz Azərbaycan millət vəkilinə qarşı sui-qəsd həyata keçirmiş bir dövlətdir”
“Millət vəkili Fazil Mustafaya qarşı olunan hücumun bütün izləri İrana aparır”
Dünən İran Azərbaycan Xarici İşlər Nazirliyinə etiraz notası təqdim edib.
Bu barədə İran mediası məlumat yayıb. Bildirilib ki, etiraz notası Azərbaycan XİN-ə İranın Bakıdakı səfirliyi vasitəsilə çatdırılıb.
Etiraz notasında İran Azərbaycanın bəzi media qurumlarının "nalayiq və təhqiramiz hərəkətləri"nin davam etməsindən narahatlığını bildirib:
“İran bu prosesə son qoyulmasını və düzəlişlərin edilməsini tələb edir. Bundan əlavə, İran medianın bu əxlaqsızlığının davam etməsinin iki ölkə arasında gələcək münasibətlərə mənfi və zərərli nəticələri barədə xəbərdarlıq edir”.
Qeyd edək ki, İranın Azərbaycan mediasına qarşı bu cür "əxlaqlı" iddiası və buna görə nota verməsi beynəlxalq diplomatiyaya qətiyyən uyğun deyil.
İranın Azərbaycana münasibətdə düşmən mövqeyi sərgilədiyini deyən “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu "Sherg.az"a bildirib ki, Azərbaycan mediası etik çərçivələr daxilində rəsmi Tehranın düşmən mövqeyinə cavab verir:
"Çünki bizim ölkəmiz, dövlətimiz və bayrağımız hər şeydən öndə gəlir. İran dövlətimizi təhdid edir, bayrağımızı və varlığımızı görməzdən gəlir. Bu hala isə Azərbaycan mediasının reaksiya verməsi təbiidir. Hətta biz İran mediasına baxsaq, onlar mənim, dövlət rəhbərliyi və ailə üzvlərinin ünvanına ağıza alınmaz təhqirlər səsləndirir. Yəni İran bütün münasibət qaydalarını pozur. Hətta Ermənistan mətbuatında belə Azərbaycandakı rəhbər şəxslərə yönəlik, bu cür nifrət və böhtan ritorikası yoxdur".
Baş yazar qeyd edib ki, cənub qonşumuzun son vaxtlar yürütdüyü siyasət düşmən siyasətindən başqa bir şey deyil:
"Onlar hər fürsətdə Azərbaycana qarşı qərəzli mövqe sərgiləyirlər. Həmçinin müsəlman Azərbaycan əhalisinin mənafelərini deyil, islam düşməni olan Ermənistanın maraqlarını müdafiə edir. İranın bütün addımları qələtdir və onun Azərbaycan mediası ilə bağlı son notası da o qələtlərdən biridir. Ümumiyyətlə İran Azərbaycana qarşı terror aktı törətmiş bir dövlətdir. Söhbət Tehrandakı səfirliyimizə olan terraktdan gedir. Bu gün ortaya çıxan faktlar isə sübut edir ki, cənub qonşumuz Azərbaycan millət vəkilinə qarşı sui-qəsd həyata keçirmiş bir dövlətdir. Millət vəkili Fazil Mustafaya qarşı olunan hücumun bütün izləri İrana aparır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neslihan Atagül kitab çıxardı
04:50 11.11.2026
Şou
Süd verən analar, diqqət! - "Skuşonka”, “mürəbbəli çay”...
04:14 11.11.2026
Sosial
Ümid edirik ki, bu ölkə TDT-yə üzv olacaq
02:57 11.11.2026
Aktual
Kenan Yıldız Lamin Yamalla müqayisə olundu
01:30 11.11.2026
Futbol
Qalibaf: Müctəba Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib
01:11 11.11.2026
Region
Hegseth impiçment cəhdini “siyasi tamaşa” adlandırıb
00:53 11.11.2026
Aktual
Moldova səfiri Rusiya XİN-ə çağırıldı
00:31 11.11.2026
Son dəqiqə
Rusiyaya təklifləri çatdırdıq, gözləyirik - Sibiqa
23:33 10.11.2026
Gündəm
ABŞ istehsalı olan 4 raketi vurduq – Rusiya ilk dəfə açıqladı
23:18 10.11.2026
Dünya
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
23:00 10.11.2026
Dünya
"Sabah" "Trabzonspor"u məğlub etdi
22:07 10.11.2026
İdman
Oman sahillərində tanker vuruldu
21:34 10.11.2026
Gündəm
Rezai: İranla ABŞ arasında danışıqlar aparılmır
21:17 10.11.2026
Region
İsraildə 120 deputat and içdi
21:01 10.11.2026
Dünya
Fatih Terim MHP sədri Dövlət Baxçalını ziyarət edib
20:23 10.11.2026
Gündəm