
Yazıçı Anar: Elza Seyidcahanın AYB üzvülüyünə ürəkdən imza atmışam
Yusif Nəzərli
10:08 05.07.2023
Ədəbiyyat
2631
AYB sədri: “Belə qiymətləndirirəm ki, o Yazıçılar Birliyinin üzvlərinin bir çoxundan əskik deyil …”
Son sutka ərzində sosial mediada ən çox müzakirə olunan məsələ Əməkdar artist, bəstəkar Elza Seyidcahanın Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul edilməsidir. Üzvlük biletini Elza Seyidcahana təqdim edən Yazıçılar Birliyinin sədr müavini Çingiz Abdullayevin məsələyə münasibəti aydındır, o, tənqidçilərin dediklərinə kifayət qədər sərt reaksiya verib.

Musavat.com Yazıçılar Birliyinin sədri Anarın münasibətini öyrənib.
- Anar müəllim, Elza Seyidcahanın Yazıçılar Birliyinə üzv qəbul edilməsinə reaksiyaları necə qarşıladınız?
- Şabrandayam. Mənim xəbərim yoxdur. Nə yazırlar?
- Tənqid edirlər…
- Olsun da. Biz neyniriksə, tənqid edirlər də. Onsuz qəbul eləsək də, eleməsək də, tənqid edirlər. Eləsinlər də, ayrı işləri yoxdur…
- Siz Elza Seyidcahanın yaradıcılığına bələdsiniz?
- Bəli, bələdəm.
- Ustad yazıçı və Yazıçılar Birliyinin sədri olaraq necə qiymətləndirirsiniz?
- Belə qiymətləndirirəm ki, o birilərdən əskik deyil. Yazıçılar Birliyinin üzvlərinin bir çoxundan…
- Deməli, Seyidcahanın üzvlük biletinə ürəkdən imzanızı atmısınız?
- Bəli, əlbəttə. Mən ürəkdən imza atmasam, atmaram…
- Bir anlıq düşündüm ki, bəlkə bu addım Yazıçılar Birliyində gender bərabərliyinin təmin olunmasına yönəlik addımdır.
- Yox, onsuz da Yazıçılar Birliyində gender bərabərliyi var. Biz ancaq istedada baxırıq. Kimin istedadı, qabiliyyəti var, səmimi şəkildə buranın üzvü olmaq istəyir, onu da qəbul edirik. Kim qalmaqal yaratmaq üçün gəlirsə, onları qəbul etmirik.
- Səhv etmirəmsə, Yazıçılar Birliyinin üzvlərinin sayı 2 mini keçib, eləmi?
- Bəli.
- Elza Seyidcahan üzvlükdən öncə sizinlə görüşdümü?
- Yox, ancaq telefonla danışmışam.
- Daha çox müzakirə olunan məqam həm də budur ki, Elza Seyidcahan bəstəkardır, yaxşı musiqi əsərləri var, ancaq onun Yazıçılar Birliyində olması qəribə görünür. Bu barədə nə deyə bilərsiniz?
- O, birinci deyil, Fərhad Bədəlbəylini də qəbul etmişik. Fərhad Bədəlbəyli pionistdir, həm də gözəl şeirləri var. Amma biz Fərhad Bədəlbəylini üzv qəbul edəndə heç kəs hay-küy qaldırmadı.
- Ən çox Elza xanımın hansı şeirini bəyənirsiniz?
- İndi yadımda deyil. Mən Şabrana onun şeirlərini əzbərləmək üçün gəlməmişəm, işləməyə gəlmişəm. (Gülür)
- Tənqidçilər daha çox bu xanımın öz şeirlərində vulqar ifadələrdən istifadə etməsini müzakirə edirlər. Yəqin sizin də diqqətinizi çəkib…
- Mən elə şeylərə fikir vermirəm. Deyirəm ki, heç olmasa məni 10 gün rahat buraxsınlar, Şabranda işləyirəm.
- Oldu, Anar müəllim. Sizə yaxşı istirahətlər və yaradıcılıq uğurları!
- Sağ olun!
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ceyson Momoa sevgilisi ilə
07:51 09.11.2026
Şou
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual