Nağd qiymətə mənzil almaq əlçatan deyil
Yusif Nəzərli
14:04 11.07.2023
Cəmiyyət
631
İnsanlar məcburən banklara, kreditli şərtlərlə satılan mənzillərə üz tuturlar
Daşınmaz əmlak bazarında kəskin bahalaşma müşahidə edilir. Ötən illərlə müqayisədə yeni binaların qiymətində ciddi artım müşahidə edilir. Ekspertlər isə hesab edir ki, əmlak bazarında nağd alıcılıq qabiliyyəti yüksək olmasa da, ipoteka predmetlərinə maraq yüksəkdir.
Əmlak eksperti Elnur Fərzəliyevin “Sherg.az”a açıqlamasına görə, paytaxtda və respublikanın digər böyük şəhərlərində mənzillərin satış qiymətlərində hər il gözəçarpacaq dərəcədə artım müşahidə olunur:
“Artıq nağd qiymətə mənzil almaq hər kəs üçün əlçatan olmadığına görə insanlar məcburən banklara, kreditli şərtlərlə satılan mənzillərə üz tuturlar. Ötən il, yəni 2022-ci ildə coxmənzilli yaşayış binalarında satılan mənzillərin böyük hissəsi ipoteka, bank daxili və tikinti şirkətləri tərəfindən daxili kreditli şərtlərlə satılıb.
Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına əsasən, 2022-ci ilin yanvar-noyabr ayları ərzində qeydiyyata alınan girov müqaviləsinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 38 faiz artaraq 64 963 olub. Bu məlumat yalnız çıxarışlı mənzillərə şamil olunur. Çıxarışı olmayan, yəni tikilməkdə və yaxud hazır binalarda olan daxili kreditlərlə satılan mənzillərin sayı da kifayət qədər çoxdur. İpoteka kreditlərinin şərtləri ağır olduğuna görə əksər vətəndaşlar faiz dərəcəsinin yüksək olmasına baxmayaraq, daxili kreditlərlə satılan mənzillərə daha çox müraciət edirlər.
Bu prosesin uzun illərdir ki, davam etdiyini nəzərə alsaq, o qənaətə gəlmək olur ki, ölkədə yüz minlərlə daşınmaz əmlak banklarda girovdadır. Və o mənzillərin sahibləri, yəni yüz minlərlə insan ən azından ömürlərinin 20-25 ilini banklara kredit ödəməklə keçirirlər. Ölkədə minimal və orta əməkhaqqı ilə banka ödənilən aylıq kreditin məbləği bəzən eyniləşir. Təəssüflər olsun ki, çox zaman kredit ödəyən əksər şəxslər ömürlərinin yaşamalı olan dövrlərini özləri, ailələri üçün deyil, banklara kredit ödəmək ücün yaşayırlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya