İranda ana dilimiz qadağan edilib, amma çin dilində...
Yusif Nəzərli
11:24 12.07.2023
Cəmiyyət
568
İran Ali Təhsil Şurasının qərarı ölkə Prezidenti İbrahim Rəisi tərəfindən təsdiq edilib. Qeyd edək ki, İran məktəblərində Çin dilinin tədrisi 2024-cü ildən etibarən həyata keçiriləcək. Bu xəbər sosial mediada güney azərbaycanlılar arasında geniş müzakirəyə səbəb olub.
Onlar İranda on milyonlarla azərbaycanlının ana dilində təhsilinə icazə verilmədiyi, imkan yaradılmadığı halda, Çin dilinin tədrisinə İranda yaşayan qeyri-fars xalqlara qarşı hörmətsizlik kimi dəyərləndiriblər.
Qeyd edək ki, İranda 35 milyona yaxın Azərbaycan türkü yaşayır. Buna baxmayaraq, heç bir təhsil ocağında türk dilində tədrisə icazə verilmir. Bununla belə, İran hökuməti məktəblərdə çin, ərəb və fars dillərini məcburi fənn kimi tədris etməklə, ölkədə yaşayan digər etnik xalqların öz ana dillərində təhsil almaq hüququnu illərdir kobud şəkildə pozmağa davam edir.
Uzun illərdir İranda antitürk siyasətinin aparıldığını xatırladan türkoloq-alim Firudin Cəlilov deyib ki, molla rejimi İran ərazisində yaşayan azərbaycanlıların inkişafına mane olmaq, onları sıxışdırmaq üçün ana dilinin tədrisinə icazə vermir: "Azadlıq, istiqlaliyyət, mədəni inkişaf, xalqın assimlyasiya edilməməsi ana dili ilə bağlıdır, soydaşlarımızın da ana dili qadağan edilib. Halbuki nəinki türk dilinin tədrisi, hətta konstitusiyalarına görə azərbaycanlılar ana dilində məktəb də aça bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya