Qarabağda ərazilərin 18,1 faizi minalardan təmizlənib
Qarabağda ərazilərin 18,1 faizi minalardan təmizlənib
Yusif Nəzərli
12:30 13.07.2023
Cəmiyyət
616
“Qarabağ iqtisadi rayonunun işğaldan azad olunmuş əraziləri Ağdam, Füzuli, Xocavənd, Tərtər və Xocalı rayonlarını əhatə edir. Qeyd olunan rayonların ümumi ərazisi 6,244 kvadratkilometrdir və həmin rayonlar üzrə ümumilikdə məcburi köçkün əhali sayı 275,552 nəfərdir. Təbii ki, yenidənqurma və bərpa proseslərinin birinci mərhələsi regionun və şəhərlərin inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi üçün ümumi və baş planların hazırlanmasıdır. Artıq Ağdam və Füzuli şəhərlərinin baş planları tam təsdiqlənib, Suqovuşan və Hadrut qəsəbələrinin baş planları isə yekunlaşıb”.
“Report” xəbər verir ki, bunu Ağdam şəhərindəki Konfrans Mərkəzində keçirilən “Ağdamın dirçəlişi” adlı tədbirdə Qarabağ İqtisadi Rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
“Qarabağda həyata keçirilən yenidənqurma və bərpa işləri zamanı qarşılaşdığımız ən əsas problemlərdən biri ərazilərin minalarla hədsiz çirklənməsidir. Bildirmək istərdim ki, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatdan sonra, indiyədək Ermənistanın mina terroru nəticəsində 300-dən artıq Azərbaycan vətəndaşı həlak olmuş və ya ağır yaralanmışdır. Lakin, bu istiqamətdə üzləşdiyimiz bütün çətinliklərə baxmayaraq, Qarabağ iqtisadi rayonu daxilində işğaldan azad edilmiş ərazilərin 18,1 faizi, yəni 42,635 hektar ərazi minalardan və digər partlamamış hərbi sursatlardan təmizlənib və minatəmizləmə əməliyyatlarını tam miqyasda davam etdiririk. Hazırda baza infrastruktur layihələrinin həyata keçirildiyi ərazilər və tikinti aparılacaq sahələr prioritet təşkil edir. Qeyd olunan təmizlənmiş ərazilərdə indiyədək 61,163 mina və partlamamış hərbi sursat aşkarlanmışdır. Minatəmizləmə işləri ANAMA başda olmaqla, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Fövqəladə Hallar Nazirliyinin müvafiq bölmələri tərəfindən, eyni zamanda özəl şirkətlər tərəfindən aparılır”, - deyə o əlavə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya