“Bir neçə il əvvəl Türkiyədə ətin qiyməti bizim pulla hesablasaq, 25-30 manat idi. İndi biz həmin qiymətlərə doğru “gedirik”
Ətin qiyməti 20 manatadək qalxacaq
Yusif Nəzərli
10:25 15.07.2023
Cəmiyyət
773
Kor-koranə inkişaf yaxşı nəsə vəd etmir
“Bir neçə il əvvəl Türkiyədə ətin qiyməti bizim pulla hesablasaq, 25-30 manat idi. İndi biz həmin qiymətlərə doğru “gedirik”
“Bir neçə il əvvəl Türkiyədə ətin qiyməti bizim pulla hesablasaq, 25-30 manat idi. İndi biz həmin qiymətlərə doğru “gedirik”
2023-cü ilin yanvar-iyun aylarında quş əti də daxil olmaqla diri çəkidə 285,4 min ton ət, 1122,9 min ton süd, 1107,4 milyon ədəd yumurta, 14 min ton yun, 356,6 ton barama istehsal edilib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2022-ci ilin müvafiq dövrünə nisbətən ət istehsalı 3,1 faiz, süd istehsalı 2,7 faiz, yumurta istehsalı 12 faiz, barama istehsalı 5,1 faiz artıb, yun istehsalı isə 2,8 faiz azalıb.
Ət, süd, yumurta istehsalı artıb, amma bu məhsulların qiymətində hər hansı ucuzlaşma yoxdur. İstehsal artımı qiymətlərə niyə təsir etmir? İqtisadçı Pərviz Heydərov “Sherg.az”a açıqlamasında mövcud vəziyyəti izah edib:
- Ərzaq məhsullarının qiyməti istehsalla əlaqəli deyil. Qiymətlər ümumi bazardakı ab-havaya görə müəyyən olunur. Əgər bazarda ucuzlaşma müşahidə edilmirsə, bu, qiymətlərdə özünü qabarıq göstərə bilməz. Niyə qabarıq deyirəm, çünki məsələn, yumurtanın qiymətində cüzi ucuzlaşma olur, amma müvəqqəti – 5-10 gün. Sonra yenə əvvəlki vəziyyət geri qayıdır. Qiymətlər əvvəlki həddinə çatır. Baxmayaraq ki, Statistika Komitəsi ət istehsalının artdığını bildirib. Amma bu sahədə vəziyyət gərgindir. 3-4 il əvvəl biz özümüzü ətlə təmin edə bilirdiksə, hazırda heyvandarlıqla məşğul olmaq imkanları xeyli azalıb. Fermerlərin otlaq sahələri azalıb, yem bazası qıtdır, fermerin birbaşa bazara çıxışı daralıb. Ola bilər hazırda ət istehsalında müəyyən artım var - 3.1 faiz, bu, elə də ciddi rəqəm deyil. Bu artım müvəqqətidir və mövsümi xarakter daşıyır. İndi biçin zamanıdır, bir qədər yem bolluğu yaranıb, ona gorə. Amma payız-qış aylarında bizi ətin qiymətində artım gözləyir. Hazırda ətin qiyməti 16-17 manatdı, payızda qiymət 20 manatadək qalxacaq. Səbəbləri dedim. Kənd təsərrüfatında inkişaf birtərəfli aparılmamalıdır. Kənd təsərrüftatının bütün sahələri eyni zamanda inkişaf etdirilməlidir ki, birinin inkişafı digərinin tənəzzülünə səbəb olmasın. Kor-koranə inkişaf yaxşı nəsə vəd etmir. Bir neçə il əvvəl Türkiyədə ətin qiyməti bizim pulla hesablasaq, 25-30 manat idi. İndi biz həmin qiymətlərə doğru “gedirik”. Nəticə olaraq deyə bilərəm ki, heyvandarlıqdakı mövcud durum qarşıdakı payız-qış ayları yaxşı tendensiya vəd etmir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol