ÜST bəyan etdi, qorxuludur!
14:19 15.07.2023
Sağlamlıq
610
Süni dadlandırıcılar xərçəng yaradır
Ümumdünya Səhiyyə Təşkilatı aspartam – süni dadlandırıcı maddə ilə bağlı qərarını açıqlayıb. ÜST-nin qərarı ilə Aspartam “xərçəng yaratma ehtimalı olan maddə” sinfinə daxil edilib.
“Sherg.az” “NTV.com.tr”yə istinadən xəbər verir ki, aspartam maddəsinin insan sağlamlığına hansı zərərlərinin olması uzun müddətdir müzakirə və araşdırma mövzusudur. Nəhayət, ÜST-nin yekun qərarı açıqlanıb və bu maddə təhlükəli hesab edilib. Aspartam nədir, hansı qidaların tərkibində var? Tərkibində süni dadlandırıcı olan bütün qidaların tərkibində bu maddə var, zira, süni dadlandırıcı elə bu maddədən hazırlanır. Süni dadlandırıcı maddə 1965-ci ildə təsadüfən tapılıb və 1980-ci illərdən bəri saqqızdan başlamış diş məcunlarınadək, hazır şirniyyatlara, şirin içkilər və enerji içkilərinədək əksər qida və qeyri-qida məhsullarının hazırlanmasında istifadə edilir. Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi aspartamı xərçəngə səbəb olan maddələr siyahısına daxil edib. Lakin bu, ÜST-nin aspartamın gündəlik doza miqdarı barədə qərarını dəyişdirməsinə səbəb olmayıb. Təşkilat hesab edir ki, bunun üçün daha əsaslı dəlillər ortaya qoyulmalıdır. Aspartamın istifadəsi ABŞ Qida Və Dərman dairəsi tərəfindən 1974-cü ildə təsdiqlənib. Lakin heyvanlar üzərində aparılan çalışmalar zamanı maddənin toksiki və konserogen təsirləri müəyyən edildiyindən qərarın icrası dayandırılıb. 1981-ci ildə isə istifadə edilən dozanın xərçəng yaratma riskinin olmadığı bildirilərək maddənin istifadəsinə yenidən icazə verilib. 1983-cü ildən bəri bu maddədən şirin və sərinlədici içkilərdə istifadə edilməyə başlanılıb. Aspartam şəkərlə eyni enerji səviyyəsinə malikdir. Bir qramı 4 kaloridir. Lakin şəkərdən 200 dəfə daha dadlıdır. Bu səbəbdən də ondan bir çox qidaların dadlandırılmasında istifadə edilir. Qiyməti baha olmadığı üçün nəinki qida sənayesində, hətta dərman istehsalçıları da ondan geniş istifadə edir. 600-dən artıq dərman preparatının tərkibində aspartam maddəsi vardır. ÜST-nin qərarına görə, bir insanın günlük aspartam dozası çəkisinə görə 40 milliqramı keçməməlidir (Kiloqram çəkiyə 40 milliqram). 2010-cu ildə İtaliyada aparılan bir araşdırma nəticəsində aspartam maddəsinin siçanlarda qara ciyər və ağ ciyər xərçənginə səbəb olduğu aydınlaşıb. Aspartam beyin pozuqluğu, miqren, allergik reaksiyalar yarada, insulini artıra bilir. Ona görə də marketlərdən alıb süfrəyə qoyduğumuz və bəh-bəhlə içdiyimiz hər içkiyə, yediyimiz hər qidaya diqqət etməliyik.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol