Diaqnoz həkim müayinəsi və rentgen müayinəyə əsasən qoyulur
Bu xəstəlik uşaqlar arasında tez-tez müşahidə edilir - Əlamətləri
Yusif Nəzərli
15:59 16.07.2023
Sağlamlıq
974
Əsas əlamətləri temperatur, halsızlıq...
Diaqnoz həkim müayinəsi və rentgen müayinəyə əsasən qoyulur
Diaqnoz həkim müayinəsi və rentgen müayinəyə əsasən qoyulur
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Arif Ağayev nazirliyin sosial media hesablarına plevrit xəstəliyi ilə bağlı gələn sualları cavablandırıb.
Plevrit xəstəliyinin klinik əlamətlərinə toxunan mütəxəssis deyib ki, plevra ağciyəri və döş qəfəsinin iç səthini örtən, çox incə qalınlıqda olan zarın adıdır. Bu zarların arasındakı boşluğa plevra boşluğu deyilir: “Zarın yalnız iltihabına plevrit adı verilib. Lakin plevrada maye toplanması iltihab anlamına gəlmir. İltihab çoxlu səbəblərdən biridir. Adətən mayenin toplanması yalnız iltihabla əlaqədar olmur, eyni zamanda digər səbəblərlə də bağlı maye toplanması baş verir ki, bunların da ümumi adı hidrotoraks və ya plevral effuziya da deyilir. Normalda plevra boşluğunda 10-20 ml maye var. Bu maye tərkibinə görə qan plazmasına bənzəyir, lakin daha az zülal tərkibinə malikdir. Maye artıq olduqda bunun səbəblərini araşdırmaq lazım gəlir”.
Mayenin toplanma səbəbinə gəldikdə isə A.Ağayev qeyd edib ki, adətən ağciyər xəstəlikləri və ya ağciyərdən kənar orqanların xəstəlikləri maye toplanmasına səbəb ola bilir. Ağciyər xəstəliklərinə adətən birincili plevritlər, tuberkulyoz (vərəm) pnevmoniyalar, travmalar, ağciyər xərçəngləri, ağciyər arteriyaların trombemboliyası səbəb ola bilər: “Ağciyərdən kənar səbəblərə isə ürək çatışmazlığı, böyrək və qaraciyər xəstəlikləri, şəkərli diabet, qalxanvari vəz xəstəlikləri, digər orqanların xərçənglərinin plevraya metastaz verməsi daha çox rast gəlinən səbəblərdəndir. Nadir hallarda revmatoloji, limfa sisteminin patologiyası, idiopatik plevritlər, əməliyyatdan sonra rast gəlinən formaları da mövcuddur. 15-20 faiz hallarda xəstəlik asimptomatikdir və yalnız təsadüfi müayinə zamanı aşkar edilir. Amma mayenin yığılma səbəbindən asılı olaraq döş qəfəsində ağrı, öskürək, təngnəfəslik, boğulma hissi ilə müşahidə olunur. Təbii ki, xəstənin şikayətlərini dinlədikdən sonra ağciyər rentgenografiyası, tomografiyası, plevral ultrasonografiya (USM) olunmaqla plevrit diaqnozunu təsdiqləmək mümkündür”.
Pediatr Nurəngiz Hacıyeva isə “Sherg.az”a açıqlamasında deyib ki, pnevmoniya xəstəliyinin ağırlaşmalarından olan plevrit uşaqlar arasında da tez-tez müşahidə edilir: “Çox vaxt "ildırımvari" formalaşan (bəzən 1 -2 gün ərzində) pnevmoniya fonunda aparılan yarımçıq müalicədir. Əksər hallarda həkim və valideynlər bu prosesin inkişafına təəccüblənirlər. Çünki iltihab qısa müddətə ağciyər üzərində olan plevraya doğru vüsət alır. Plevrit plevranın (ağciyər pərdəsinin) iltihabi xəstəliyi olub plevral boşluqda mayenin yığılması və ya plevra vərəqlərinin üzərində fibrinli çöküntülərin əmələ gəlməsi ilə müşahidə olunur. Əsasən pnevmoniyanın fəsadı kimi qeyd edilir.
Plevritin əsas əlamətləri temperatur, halsızlıq, saturasiyanın enməsi, rəngin göy çalarlı olması, iştahsızlıq, yuxu pozuntusu, davamlı öskürək, təngnəfəslik, qabırğaarası sahədə dartınma, bəzən ağrılı nəfəs almasıdır. Diaqnoz həkim müayinəsi və rentgen müayinəyə əsasən qoyulur. Vaxtında və düzgün aparılan müalicə fonunda uşaqlar tezliklə sağalır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya