Sahildə dəmir parçası - Nə olduğu bilinmir
Sahildə dəmir parçası - Nə olduğu bilinmir
Yusif Nəzərli
10:59 19.07.2023
Dünya
567
Zahirən polad çənə bənzəyən böyük dəmir parçası Avstraliyanın qərb sahillərində qalmaqdadır. Dəmir parçası Perth şəhərindən 250 kilometr cənubdakı “Green Head” çimərliyində sahil kənarında aşkarlanıb.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, onu görənlər şəhər polisini məlumatlandırıb, hadisə yerinə gələn polislər dəmir əşyanın mahiyyəti aşkarlansın və ətrafdakılara zərər dəyməsin deyə, əhalinin yaxınlaşmamasnı tövsiyə edib. Əşyanın ətrafı xüsusi lentlərlə əhatələnib.
Dəmir əşyanın eni 2 metr, uzunluğu təxminən 3 metrdir. Yerli polisin açıqlamasında sahildə aşkarlanmış dəmir parçanın mahiyyətinin müəyyənləşməsi üçün əyalət və federal hökumətlə əlaqəli qurumlarla birgə çalışma aparıldığı bildirilib:
“Təhlükəli ola biləcəyini düşündüyümüz bu əşyadan uzaq durun, ona toxunmayın”.
Bununla belə sakinlər bu əşya ilə maraqlanır və bir çox insan sahilə gedərək ona baxmağa çalışır. Ortaya atılan iddialardan biri bu dəmir parçasının 8 mart 2014-cü ildə Malayziyanın paytaxtı Kuala-Lampurdan Çinin paytaxtı Pekinə uçan və sirli bir şəkildə yoxa çıxan Malayziya hava Yollarına məxsus Boeing 777 təyyarəsinə aid olmasıdır. Bu iddiaya səbəbsə sözügedən təyyarənin məhz Avstraliya sahillərinə yaxın ərazidə radarlardan itməsidir.
Başqa bir iddia isə dəmir parçasının 2014-cü ildə 239 sərnişinlə Avstraliyanın qərb sahillərində itən MH-370 təyyarəsinə aid olmasıdır. Havaçılıq mütəxəssiləri isə hər iki iddianı rədd edib. Onlar bildirib ki, təyyarələrin radardan itməsindən kifayət qədər uzun müddət keçir, belə bir ölçüdə əşya indiyədək daha çox aşınmaya məruz qalmalıydı. Lakin bu dəmir əşya aşınmaya məruz qalmayıb. Onun son 12 ayda Hind Okeanına düşən raketin yanacaq çəni olması ehtimalı daha böyükdür. Avstraliya polisi araşdırmaları davam etdirir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya