Laboratoriyalarda istənilən analizin nəticəsini əldə etmək mümkün olacaq
08:04 08.09.2023
Sağlamlıq
681
Elə analizlər var ki, onları poliklinikalarda vermək olmurdu
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan tibb müəssisələrində səhiyyə strukturunun təkmilləşdirilməsi, tibb müəssisələrinin maddi-texniki bazasının və infrastrukturunun gücləndirilməsi məqsədilə müasir standartlara cavab verən yeni laboratoriyalar qurulur.
TƏBİB-dən verilən məlumata görə, artıq Bakı şəhəri üzrə ilkin səhiyyə xidməti göstərən 40-a yaxın tibb müəssisəsinin tam müasir avadanlıqlarla təmin edilməsi prosesi tamamlanıb və yeni laboratoriyalar fəaliyyətə başlayıb. Yaxın dövr ərzində bu prosesin davam etdirilərək, mərkəzin strukturuna daxil olan bütün tibb müəssisələrini əhatə etməsi nəzərdə tutulur.
Tibb müəssisələrində fəaliyyət göstərən laboratoriya şöbələrinin işinin təkmilləşdirilməsi, müasir cihaz və avadanlıqlarla təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir. Bu günə qədər 40-a yaxın tibb müəssisəsində əvvəlki laboratoriya şöbələrinin əsasında laborator xidmətlər yenidən təşkil edilib, müasir tibbi standartlara uyğunlaşdırılıb və sahə prinsipi üzrə əhalinin xidmətinə verilib.
Bundan sonra vətəndaşlar yaşadığı ərazi üzrə qeydiyyatda olduğu ilkin səhiyyə müəssisəsinə müraciət edərək, həkim təyinatı əsasında icbari tibbi sığorta çərçivəsində keyfiyyətli laboratoriya xidmətləri alacaq.
Qeyd edilib ki, yeni qurulan laboratoriyalar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xidmətlər zərfinə daxil olan 731 növ laborator analizlərin tam və dəqiq şəkildə həyata keçirilməsinə imkan verir.
Həkim terapevt Şahvələd Məmmədov tibb müəssisəsinin tam müasir avadanlıqlarla təmin edilməsi prosesini “Sherg.az"a açıqlamasında təqdirəlayiq hal kimi dəyərləndirib: "2022-ci ilin yanvar ayından bu yana Bakı şəhəri və respublikanın digər rayonlarda TƏBİB icbari tibbi sığorta xətti ilə bütün müalicə və müayinələri öz öhdəsinə götürüb. Lakin poliklinikalarda bir çox analiz və müayinələrin müasir tibbi avadanlıqlarla keçirilməsində müəyyən çatışmazlıqlar var. Elə analizlər var ki, onları poliklinika və digər birləşmiş şəhər klinikalarında vermək olmurdu. Artıq yenilənən laboratoriyalarda istənilən analizin nəticəsini əldə etmək mümkün olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Nurməhəmmədov və Mahaçevə Ağ Evdə vəzifə təklif edib
02:36 08.11.2026
Dünya
Sumqayıtda yeniyetmə dəm qazından zəhərlənib
01:34 08.11.2026
Hadisə
Deputatın həyat yoldaşı vəfat etdi
01:04 08.11.2026
Hadisə
8 noyabrda intensiv YAĞIŞ YAĞACAQ
01:02 08.11.2026
Ekologiya
Bu gün Azərbaycanda Zəfər Günüdür
00:18 08.11.2026
Gündəm
Şuşanın işğaldan azad olunmasından 6 il ötür
00:04 08.11.2026
Gündəm
Ərdoğan ABŞ Prezidenti Trampla telefonla danışıb
22:55 07.11.2026
Gündəm
Adı üç dəfə dəyişdirilən Azərbaycan kəndi: Haqqıxlıdan qalan izlər
22:33 07.11.2026
Ölkə
Türkiyə Prezidenti sabah Azərbaycana gələcək
22:24 07.11.2026
Gündəm
Ərdoğan Trampla regional məsələləri müzakirə etdi
22:09 07.11.2026
Gündəm
Polşanın Krakov şəhərində atışma - 5 ölü, 10 yaralı var - YENİLƏNDİ
21:43 07.11.2026
Dünya
6 ildir Zəfərin Qüruru ilə yaşayırıq - VİDEO
21:38 07.11.2026
Gündəm
İsmail Balaban və İlayda Şekerin ikinci övladı dünyaya gəldi
21:30 07.11.2026
Şou
Fransada etiraz aksiyası: Dronlar, helikopterlər cəlb olundu
21:06 07.11.2026
Dünya
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
20:40 07.11.2026
Gündəm