Sahil Babayev: “Minimum orta aylıq pensiya və əməkhaqqı regiona görə heç də az deyil"
Yusif Nəzərli
13:02 04.11.2023
Cəmiyyət
611
“Minimum orta aylıq pensiya və əməkhaqqı regiona görə heç də az deyil".
“Report” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində səsləndirilən suallara cavabında deyib.
Onun sözlərinə görə, gələn il üçün ölkədə yaşa görə orta aylıq pensiyanın məbləği 516 manat müəyyən edilib və bu rəqəmə Azərbaycan üçün az demək olmaz: "Minimum pensiyaya görə minimum əməkhaqqı MDB məkanı sırasında həm nominal, həm də alıcılıq qabiliyyətinə görə birinci və ya ikinci yerdədir. Minimum orta aylıq pensiya və əməkhaqqı regiona görə heç də az deyil, amma arzulolunan səviyyədən aşağıdır”.
S.Babayev bildirib ki, orta aylıq pensiya daha sürətlə artıb: "Çünki burada ciddi şəkildə aşağı seqmentdə olan minimum pensiya məbləği 2.7 dəfə artdı. Bunun təsiri ilə pensiyaların növbəti orta aylıq əməkhaqqına görə indeksasiyası ilə orta aylıq pensiya faktiki olaraq 4 il əvvəlki rəqəmlə 2.5 dəfəyə yaxın artıb. Növbəti il indeksasiya baş verəndə orta aylıq pensiyamız da 10 faiz artacaq. Bu da baza ilə müqayisədə artımımızı ciddi şəkildə artıracaq”.
Nazir vurğulayıb ki, hökumətlə mütəmadi şəkildə bu kimi məsələlər müzakirə edilir: “Əlimizdə əməkhaqqı sisteminə təsir edəcək ən təsirli alət minimum əməkhaqqıdır. Elə həddə çatmaq lazım deyil ki, özəl sektor üçün xüsusi yükə çevrilib qeyri-formallaşmaya meyillik artsın. Qorxulu nöqtə budur. Ona görə də daimi təhlillər aparılaraq tədbirlər görülür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nikol Paşinyan Türkiyəyə səfər edəcək
13:03 05.11.2026
Siyasət
Nyu-Yorkda 30 ildən sonra qızılcadan ilk ölüm qeydə alındı
12:47 05.11.2026
Hadisə
Həyatdan yorulanda özünüzü yaxşı hiss etmək üçün 6 üsul
12:44 05.11.2026
Sağlamlıq
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə
Konfrans Liqası: "Trabzonspor" Almaniya klubuna qarşı
09:10 05.11.2026
Futbol
77 yaşlı Vera Vonq…
08:39 05.11.2026
Şou
Milyon dollarlıq avtomobillər səhranın ortasında çürüyür
08:08 05.11.2026
Maraqlı
Noyabr üç BÜRCƏ xoşbəxtlik və şans gətirəcək
07:37 05.11.2026
Sosial