
Gənc həkimlər təcili tibbi yardımda işləmək istəmirlər - Vaqif Qarayev
13:28 04.11.2023
Aktual
660
"Çünki həqiqətən çox çətin, məsuliyyətli işdir, amma problemdən çıxış yolları var"
“Bakıda 7-10 il bundan öncə 185 təcili tibbi yardım - ambulans heyəti işləyirdi. Son illərdə Bakının əhalisi də artıb və bu gün qeydiyyatdan keçən 2 milyon 700 min nəfərdən söhbət gedir”. Bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı deputat Rüfət Quliyev deyib.Deputat bildirib ki, bu gün 140 təcili tibbi yardım maşını var: “Ambulanslar ən yaxşı halda 40-45 dəqiqəyə gəlib çatır. Bu, sosial məsələdir, bu məsələni qaldıraq. Hökumətdən xahiş edək ki, buna həll yolu tapılsın. İnsanlar işləyir, amma texniki güc yoxdur”.

Millət vəkilinin çox ciddi məsələyə toxunduğunu deyən həkim Vaqif Qarayev “Sherg.az”a açıqlamasında problemin həlli üçün imkanların mövcud olduğunu bildirdi:
- Təcili Tibbi yardımda çalışmışam, ona görə də təcili yardım həkimlərinin necə gərgin şəraitdə işlədiyinə bələdəm. Təcili tibbi yardımda avtomobil çatışmazlığı da var, həkim çatışmazlığı da. Vakansiyalar elan olunur, amma gənc həkimlər bu sahəyə meylli deyillər. Çünki həqiqətən çox çətin, məsuliyyətli işdir. Hər həkim bu məsuliyyəti daşımaq istəmir. Amma problemdən çıxış yolları var. Bakı şəhər Təcili Təxirəsaınmaz Tibbi Yardım Stansiyası, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası və avtomobil qarajı blirsiniz ki bir mərkəzdə birləşdrilib artıq. Ümid edirəm ki, bu yenilik problemlərin həllinə kömək edəcək. Vəsait var, yeni ambulans avtomobilləri alına bilər. Həkimləri də həvəsləndirmək, stimullaşdırıcı tədbirlər görmək olar. Qalır, təcili yardım maşınının ünvana tez çatması. Bu isə artıq nə həkimlərdən asılıdır, nə ambulansdan. Hamımız bilirik ki, bir yerə getmək və vaxtında harasa çatmaq üçün gərək evdın ən azı 1 saat əvvəldən çıxasan. Yollarda dəhşətli tıxaclar yaranır, avtomobillər, icitmai nəqliyyat saatlarla yolda qalır. Avtobuslar üçün xüsusi zolaqlar çəkilib bəzi yollarda, amma yenə lazımi effekt vermir. Ümumiyətlə, xüsusi təyinatlı avtomobillər üçün – yanğınsöndürən, ambulans və sair, yollarda xüsusi zlaqlar olmalıdır. Bu da bur problemdir ki Bakının dar yollarında xüsusi zolaqlar təşkil etmək çətin məsələdir. Amma mümkünsüz deyil. Yol kənarlarındakı saysız-hesabsız obyektləri mümkün qədər kənara çəkməklə bəzi yolları genişləndirmək olar. Bunu etmrlər, əksinə yollarımız getdikcə daralır, piadaların normal hərəkəti üçün heç səki qalmayıb, o ki olsun ambulanslar üçün xüsusi zolaqlar çəkməyə imkan. Sürücülər də laqeyddir. Dəfələrlə müşahidə etmşəm ki, ambulans həyəcan siqnalı verir, amma avtomobillər ona yol vermir. Bəzən buna imkan olmur, bəzən də laqeydlikdən yol vermirlər. Mən bilirəm, ambulansın içindəki xəstə həmin anda nə hisslər keçirir, həkim hansı haldadır. Həkimin tək istəyi xəstəni təcili xəstəxanaya çatdırmaqdır. Amma yolda qalır təcili tibbi yardım maşını.
V.Qarayev əhaliyə məsləhət gördü ki yaşadıqları ərazi üzrə təcili tibbi yardı stansiyasının harada yerləşdiyini öyrənsinlər:
- İttiham etmək asandır – niyə təcili yardım vaxtında gəlmədi. Amma bilmirik niyə, nədən gecikir. Hər kəs maraqlansın, öyrənsin, yaşadığı ünvanla ərazi üzrə təcili tibbi yardım stansiyası arasında nə qədər məsafə var və yolda sıxlıq hansı dərəcədədir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nikol Paşinyan Türkiyəyə səfər edəcək
13:03 05.11.2026
Siyasət
Nyu-Yorkda 30 ildən sonra qızılcadan ilk ölüm qeydə alındı
12:47 05.11.2026
Hadisə
Həyatdan yorulanda özünüzü yaxşı hiss etmək üçün 6 üsul
12:44 05.11.2026
Sağlamlıq
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə
Konfrans Liqası: "Trabzonspor" Almaniya klubuna qarşı
09:10 05.11.2026
Futbol
77 yaşlı Vera Vonq…
08:39 05.11.2026
Şou
Milyon dollarlıq avtomobillər səhranın ortasında çürüyür
08:08 05.11.2026
Maraqlı
Noyabr üç BÜRCƏ xoşbəxtlik və şans gətirəcək
07:37 05.11.2026
Sosial