Gömrükçülər “Sədərək”də rüşvət alır? - Rəsmi
12:05 23.11.2023
Hadisə
513
Dövlət Gömrük Komitəsinin (DGK) Türkiyə ilə sərhəddə yerləşən “Sədərək” gömrük postundan nəqliyyat vasitələrinin növbəsiz keçidinin müqabilində gömrük əməkdaşlarının qeyri-qanuni vəsaitlər almasına dair yayılmış məlumatlar həqiqətə uyğun deyil.
Axar.az xəbər verir ki, bu barədə DGK məlumat yayıb.
Məlumata görə, bir sıra kütləvi informasiya vasitələrində “e-növbə” və “Sürətli keçid” xidmətlərindən istifadə etməklə nəqliyyat vasitələrinin növbəsiz keçidini təmin olunması müqabilində qeyri-qanuni vəsaitlərialınmasına dair həqiqətə uyğun olmayan məlumatlar yayılıb. Nəqliyyat vasitəsinin növündən, yükün xüsusiyyətindən və sürücü daxil olmaqla sərnişinlərin sayından asılı olaraq əvvəlcədən Komitənin internet səhifəsi, “Smart Customs” mobil tətbiqi üzərindən qeydiyyatdan keçməklə yuxarıda qeyd olunan xidmətlərdən istifadə etmək mümkündür. Xidmətlərdən faydalanmaq üçün tələb olunan ödənişlər nağdsız şəkildə onlayn qaydada həyata keçirilir. Ödənişin nağd qaydada həyata keçirilməsi isə, ümumiyyətlə texniki olaraq mümkün deyil.
"Gömrük-sərhəd buraxılış məntəqələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsi və sərhədkeçmə zamanı şəxslərin və nəqliyyat vasitələrinin növbədə durmaqla vaxt itkisinə yol verməməsi, fiziki növbənin azaldılması və sürətli keçidin təmin edilməsi üçün 23 avqust 2019-cu ildə “Dövlət sərhədindən buraxılış məntəqələrində şəxslərin və nəqliyyat vasitələrinin sürətli keçidinin idarə olunması üzrə Texnoloji Sxem” təsdiq edilib. Texnoloji sxemə əlavə edilmiş razılaşma protolokoluna əsasən dövlət sərhədindən buraxılış məntəqələrində “e-Növbə” və “Sürətli keçid” xidmətlərinin tətbiqinə başlanıb", - deyə açıqlamada qeyd olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat