
Paşinyan parlamenti yeniləyəcək?-ŞƏRH
13:51 23.11.2023
Siyasət
577
Gələn il Ermənistanda növbədənkənar parlament seçkisinin keçirilməsi ilə bağlı siyasi dairələrdə fəal söhbət gedir. Hakimiyyət hazırda bu mövzunu müzakirə edir.
Axar.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.
“Paşinyan “Mülki müqavilə”nin idarə heyətinin son iclaslarının birində yeni seçki keçirəcəyi, yenidən seçiləcəyi və parlamentin hazırkı mənzərəsini tamamilə dəyişdirib, yeni müxalifət gətirəcəyi barədə hədə-qorxu gəlib. Siyasi çevrələrdə Paşinyanın “polad mandatı” üçün növbəti dəfə inzibati resurslardan istifadə edərək, növbədənkənar seçkiyə gedəcəyi istisna edilmir”, - məlumatda deyilir.
Məsələ ilə bağlı politoloq Natiq Miri "Sherg.az"a söyləyib ki, növbədənkənar parlament seçkilərinin keçrilməsinə qərar verəcək yeganə orqan parlamentin özüdür:

"Bu gün isə parlamentdə çoxluğu Nikol Paşinyanın rəhbərlik etdiyi " Vətəndaş Müqaviləsi" partiyası təşkil edir. Növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı fikirlər Qarabağ klanına bir xəbərdarlıqdır. Çünki parlamentdə əsas təmsil olunan Qarabağ klanına məxsus Koçaryon və Sarkisyanın rəhbərlik etdiyi güc mərkəzləridir. Ona görə də bu qüvvələr ilə gələcəkdə hüquqi yöndə islahatların aparılmasının qeyri-mümkün olduğunu Nikol Paşinyan gözəl anlayır. Çünki perspektivdə Azərbaycan ilə sülh müqaviləsinin imzalanması kimi ciddi siyasi hadisələr gözlənilir. İmzalanan sülh sazişinin gələcəkdə legitimliyi üçün isə Ermənistanın konstitusiyasında dəyişikliklərə ehtiyac var. Revanşist olan müxalif qüvvələr ilə bunun baş tutmayacağını Nikol Paşinyan bilir".
Analitik söyləyib ki, Paşinyan Ermənistanın Rusiyadan asılı olmayan və gələcək perspektivinin məhz Qərb dünyası ilə əməkdaşlıqdan keçdiyinə inanan qüvvələrin parlamentdə yer tutmasını istəyir:
"İrəvanın merliyinə seçkilərdən sonra Koçaryon və Sarkisyanın rəhbərlik etdiyi qüvvələr ana müxalifət rolunu tamamilə yeni güclərə təhvil verdi. Bu faktın özü də göstərir ki, Ermənistanda Qarabağ klanının potensialı çox aşağıdır və onların erməni ictimai rəyində hakimiyyətə gəlmək şansı yoxdur. Ona görə də Paşinyan parlament seçkiləri zamanı "Vətəndaş Müqaviləsi" partiyası qalib gəlsə, Avropa inteqrasiya xəttinə üstünlük verən müxalifət qüvvələrin parlamentə düşəcəyinə inanır. Bu qüvvələr ilə konstitusiya dəyişikliyi edə bilər. Çünki konstitusiyada Ermənistana problem yaradan müddəalar var. Nikol Paşinyan Ermənistan dövləti ilə qonşu ölkələr arasında normal münasibətlər sisteminin üstünə xətt çəkən müddəaların konstitusiya islahatları çərçivəsində aradan qaldırılmasına çalışır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət