Meksika mətbuatında Qərbin Azərbaycana qarşı ikili standartları ifşa edilib
19:47 23.11.2023
Dünya
464
Meksikanın geniş oxucu kütləsinə malik olan və ölkənin ən nüfuzlu “El Universal” qəzetində “Mirajlar və reallıqlar: Qərbin Qafqazda ikili standartları siyasətinin ifşası” sərlövhəli məqalə dərc edilib.
Bu barədə AZƏRTAC-a Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, Meksika Milli Muxtar Universitetinin professoru, siyasi şərhçi Talya İşcanın müəllifi olduğu məqalədə otuzillik erməni işğalından sonra Azərbaycan ərazilərinin azad edilməsi və Ermənistan daxil olmaqla, bütün dünya tərəfindən Azərbaycan ərazisi kimi tanınan Qarabağ bölgəsində Azərbaycan silahlı qüvvələri tərəfindən həyata keçirilən antiterror tədbirlərinin ABŞ və Avropa İttifaqının bəzi ölkə və KİV-lərinin ikili standartlarını və təxribat xarakterli hərəkətlərini açıq şəkildə ortaya qoyduğu bildirilir.
Yazıda Qərbdə çox vaxt erməni separatçılarına dəstək göstərən, ölkəmizə qarşı qərəzli və əsassız neqativ mənzərənin müşahidə olunduğu vurğulanır, Ukrayna məsələsində ərazi bütövlüyü prinsipini müdafiə edən Qərbin Azərbaycana münasibətdə həmin prinsipə qarşı etinadsız münasibətinin paradoksal olduğu qeyd olunur, ABŞ kimi ölkələrin dünyanın müxtəlif bölgələrində antiterror əməliyyatları adı altında həyata keçirdiyi əməliyyatların daha az tənqidə səbəb olduğu bildirilir.
Məqalədə Azərbaycanın öz ərazilərini işğaldan azad etdikdən sonra regionda nisbi sakitliyin yarandığı, hazırda burada yenidənqurma prosesinin həyata keçirildiyi bildirilir. Buna baxmayaraq, Qərbin aktorlarının bu mərhələyə dəstək göstərmək əvəzinə regionda gərginliyi saxlamaqda, onların sanki Rusiyanın əvvəlki təsirini öz təsirləri ilə əvəzləməkdə maraqlı olduqlarının müşahidə edildiyi qeyd olunur.
Müəllif iki aya yaxındır ki, Azərbaycan və Ermənistan arasındakı şərti sərhəddə atəşkəsin pozulmamasını müsbət siqnal olduğunu vurğulayır, lakin bunun avropalılar və amerikalılarda sevinc deyil, daha çox narahatlıq yaratdığını təəccüblə qeyd edir.
Məqalənin sonunda hazırda bölgədə müharibə riskinin olmadığı, lakin Qərbin hipotetik “Azərbaycan təhlükəsi”ni bəhanə gətirərək Ermənistanda hərbi mövcudluğunu gücləndirməkdə qərarlı göründüyü qeyd olunur, həmçinin Qərb KİV-lərində Azərbaycana qarşı bu qərəzli narativin məqsədyönlü şəkildə geniş yayılması, habelə C.Borrelin Azərbaycana qarşı təzadlı bəyanatının Qərbin Qafqazda öz təsirini gücləndirmək kimi açıq və aydın strateji məqsədə xidmət etdiyi bildirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət