
Nikol "Zeytun budağı" uzatdı: Pakistan Ermənistanı tanıyacaq?
12:24 24.11.2023
Siyasət
639
Azərbaycanla sülh müqaviləsinin imzalanması Pakistanla münasibətlərin qurulması üçün əlverişli şərait yarada bilər.
Bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
O bildirib ki, İslamabadın İrəvanla diplomatik əlaqələrdən imtina etməsi məhz Azərbaycan faktoru ilə bağlıdır.
Qeyd edək ki, son zamanlar Bakı ilə İrəvan arasında sülh müqaviləsi istiqamətində addımlar intensivləşib.
Məsələ ilə bağlı "Sherg.az"a danışan politoloq Fərhad Məmmədov bildirib ki, Ermənistanın işğalçılıq siyasətinə görə bir neçə dövlət onunla fərqli müstəvidə sanksiyalar tətbiq etmişdi:

"Məsələn, Türkiyə Ermənistanla diplomatik münasibətləri qurub daha sonra bundan imtina edərək sərhədlərini bağlamışdı. Pakistan isə ümumiyyətlə Ermənistanı bir dövlət olaraq tanımamışdır. Səudiyyə ƏrəbisErmənistanı dövlət kimi tanısa belə, diplomatik münasibətlər yaratmamışdı. Özbəkistan da həmçinin Ermənistanı dövlət olaraq qəbul etsə də, diplomatik nümayəndəliyini açmamışdı. Bu sırada bir çox dövlətin adını göstərmək olar. Nikol Paşinyan isə bu günkü mətbuat konfransında Səudiyyə Ərəbistanı və Pakistanın adını çəkib. Ermənistan ilə Səudiyyə Ərəbistanı arasında münasibətlər müəyyən səviyyədə inkişaf etməkdədir. Təbii ki, Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması Pakistanla münasibətlərin formalaşmasına səbəb ola bilər. Eyni zamanda iki ölkənin bir-birini dövlət olaraq tanımasına və diplomatik əlaqələrin qurulmasına sülh sazişi şərait yarada bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət