Uşaq müəssisələrində monitorinqlər keçirilib
10:43 25.11.2023
Hadisə
509
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) elan etdiyi “Uşaq Hüquqları Aylığı” çərçivəsində dövlət uşaq müəssisələrində Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) ixtisasca psixoloq və sosial işçi üzvlərinin iştirakı ilə növbəti monitorinqlər keçirilib.
Ombudsman Aparatından "Report"a verilən məlumata görə, sağlamlıq imkanları məhdud uşaqlar üçün 4 nömrəli internat tipli xüsusi məktəbdə aparılmış monitorinq zamanı 1-3-cü siniflər istisna olmaqla, digər siniflərdə təhsil alan şagirdlər üçün dərsliklər, iş dəftərləri və metodiki vəsaitlərin təminatında çatışmazlıqlar aşkar olunub.
Bununla yanaşı, 8 nömrəli Sanatoriya tipli internat məktəbində keçirilən monitorinqdə soyunub-geyinmə otaqlarında uşaqların dolablarının, vanna otaqlarının təmir edilməsinə ehtiyac olduğu müəyyən edilib.
Saxlanma şəraitinin və rəftarın öyrənilməsi məqsədilə hər iki müəssisədə uşaqlarla konfidensial qaydada görüş keçirilib, onlara Ombudsmanın mandatı və uşaq hüquqları ilə bağlı geniş məlumat verilib, hüquqi maarifləndirmə işi aparılıb. Uşaqlara Ombudsman təsisatının maarifləndirici materialları, o cümlədən uşaq hüquqları ilə bağlı broşürlər paylanılıb.
Sonda müəssisə rəhbərliyi və əməkdaşlarla söhbət aparılıb, saxlanma şəraitinin yaxşılaşdırılması və uşaq hüquqlarının effektiv təmini məqsədilə tövsiyələr verilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi