
Konqresə erməni təzyiqi: ABŞ Ermənistana 10 milyon ayırdı
12:34 05.12.2023
Siyasət
639
ABŞ konqresmenləri Konqres rəhbərliyinə Ermənistana təhlükəsizlik üçün 10 milyon dollar ayırmağa və Qarabağ “qaçqınlarına” yardıma çağırış ediblər.
Bu barədə Ermənistan mətbuatı senator Aleks Padilla və Nümayəndələr Palatasının üzvü Anna Eşunun məktubuna istinadən məlumat yayıb.
Konqresmenlər qeyd ediblər ki, Ermənistan təhlükəsizliyinin ənənəvi qarantı olan Rusiyadan uzaqlaşdığı üçün xüsusilə həssas vəziyyətə düşüb.
Məlumata görə, çağırışa ABŞ Konqresinin yuxarı və aşağı palatalarının 60 üzvü qoşulub.
Məsələyə münasibət bildirən Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov "Sherg.az"a bildirib ki, ABŞ də ermənipərəst qüvvələrin olması hərkəsə məlumdur. Onlar xüsusilə konqres rəhbərliyinə təzyiqlər edirlər

“Erməni lobisinin əsas işi onların maraqlarını təmin edəcək şəxslərin konqresə seçilməsinə çalışmaqdır. ABŞ tərəfindən Ermənistana təhlükəsizlik məqsədləri üçün 10 milyon dollar ayrılması və onların Qarabağ qaçqınlarına yardım vəsaiti kimi paylaşdırılması amili ilə yanaşı Rusiyanın geosiyasi vektoruna qarşı İrəvanda aparılan dəyişikliklər əsas gətirilir. Yəni Rusiyadan uzaqlaşan Ermənistanın xüsusi həssas dönəmində yardıma ehtiyacı olduğu qeyd edilir. Əlbəttə, ABŞ-nin possovet məkanında siyasi fəaliyyətinin tənzimlənməsi üçün bu ilk baxışdan inandırıcı görünə bilər. Lakin digər tərəfdən bu həmdə Azərbaycanın maraqlarına qarşıdır. Çünki istisna deyilik ki, 10 milyon heçdə Qarabağdan gedən ermənilərin rifahının yaxşılaşırılmasına xərclənməsin, əksinə silahlanma işinə səfərbər edilsin. Nəticədə regionda yeni təhlükə ocaqları formalaşsın. Düşünürəm ki, bu ianələrin toplanması revanşizm idealogiyasının daha da gücləndirilməsinə xidmət edəcək, Ermənistanın müxtəlif ölkələrdən silah almasına ayrılacaqdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM
16:23 03.11.2026
Gündəm
Avropaya raket atmaq İran üçün fəlakət olar - Politoloq
16:21 03.11.2026
Aktual
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
15:58 03.11.2026
Hadisə
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başlayıb
15:47 03.11.2026
Cəmiyyət
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
14:42 03.11.2026
Gündəm
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
14:29 03.11.2026
Dünya
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
13:52 03.11.2026
Cəmiyyət
Mobil telefonlar da POS-terminal sayılacaq
13:45 03.11.2026
İqtisadiyyat
İrandan gözlənilməz açıqlama: Artıq nüvə silahımız da var
13:38 03.11.2026
Son dəqiqə