ATİB-ə yeni sədr seçilib
Yusif Nəzərli
07:30 11.12.2023
Cəmiyyət
588
Azərbaycan Türkiyə İş Adamları Birliyinə (ATİB) yeni sədr seçilib.
Bu barədə "APA-Economics"ə ATİB-dən bildirilib. Məlumata görə, bununla bağlı keçirilən ümumi yığıncaqda İdarə Heyətinin sədr müavini Mürsəl Rüstəmov İdarə Heyətinin sədri seçilib. O, bu vəzifədə Cemal Yanqını əvəz edib.
Bundan əlavə, ATİB-in İdarə Heyətinə iki yeni üzv də seçilib. Bunlar "Norm Otomasyon" şirkətindən Erdem Ercin və MGM Groupdan Muhammed Güvendir. Qeyd edək ki, bununla da ATİB-in İdarə Heyətinin üzvlərinin sayı 9 olub.
Xatırladaq ki, ATİB-in yeni sədri M.Rüstəmov 2010-2017-ci illərdə "PAŞA Həyat Sığorta"nın İdarə Heyətinin sədri vəzifəsində çalışıb. O, 26 fevral 2013-cü ildən isə ATİB İdarə Heyətinin sədr müavinidir. Hazırda "Pozitiv Konsaltinq" MMC-nin səhmdarı, “Səba” şirkətinin Direktorlar Şurasının üzvüdür.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm