
Sınaq: Prezident seçkilərinin növbədənkənar planlaşdırılması YAP üçün belə asan olmayacaq
13:20 11.12.2023
Aktual
720
"Hər bir ölkədə Prezident seçkiləri önəmli siyasi hadisələrdən biridir. Həmçinin, Azərbaycanda da Prezident seçkiləri böyük əhəmiyyətə malikdir".
Bu sözləri "Sherg.az"a 2024-cü ildə keçiriləcək növbədənkənar prezident seçkilərindən danışan AĞ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli bildirib.
O, qeyd edib ki, Azərbaycanda seçkilərin növbədənkənar həyata keçirilməsi bir çox siyasi camiyə üçün gözlənilməz oldu:

"Yəni hazırlıq baxımından partiyalar istədiyi vəziyyəti yaxalaya bilmədi. Söhbət təbii ki, iddialı partiya və liderlərdən gedir. Hətta Prezident seçkilərinin növbədənkənar planlaşdırılması Yeni Azərbaycan Partiyası (YAP) üçün belə asan olmayacaq. Çünki Azərbaycanda seçkilərin keçirilməsi hansı çətinliklər tələb etdiyini işin içində olan adamlar gözəl anlayır. Azərbaycan ilk dəfə ərazi bütövlüyünü təmin etmiş ölkə olaraq Prezident seçkilərini keçirəcək. Xankəndi, Şuşa və digər ərazilərdə seçki məntəqələri olacaq. Bu isə təbii ki, tarixi bir andır. Ümid edirik ki, Azərbaycan bu sınaqdan da üzü ağ çıxacaq. Eyni zamanda bu seçkilərin dövlətimizin gələcəkdə daha da güclənməsinə təkan verməsini arzu edirik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual
Donald Tramp: İran məsələsini tam bitirməmişik
16:30 02.11.2026
Aktual
Pezeşkian: Məni öldürə bilərlər
16:15 02.11.2026
Region
Sumqayıtda gənc qızın meyiti tapılıb
16:07 02.11.2026
Hadisə
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
15:59 02.11.2026
Hadisə
Luis Enrike PSJ tarixində rekorda imza atdı
15:51 02.11.2026
Futbol
Mərkəz direktoru və meşəbəyi rüşvət ittihamı ilə saxlanılıb
15:47 02.11.2026
Sosial