
Yücel Karauz: Rusiya ilə yeganə danışa bilən ölkə Türkiyədir
10:50 09.01.2024
Aktual
694
Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında görüş hazırlanır.
Bu barədə Türkiyə liderinin administrasiyası bildirib.
“Tarix və yer ilə bağlı hələ konkret bir şey yoxdur. Görüşün gündəliyi var, diplomatik kanallarla müvafiq işlər aparılır”, - məlumatda bildirilib.
Bildirib ki, Türkiyə Rusiyaya Ukrayna ilə danışıqların bərpasını təklif edəcək.
Gözlənilən görüşü "Sherg.az"a dəyərləndirən Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz söyləyib ki, Türkiyə ilə Rusiya arasındakı əlaqələr artıq strateji səviyyədədir:

"Dünya Ukrayna və digər gəlişmələrlə bağlı Vladimir Putin ilə müzakirələri bacarmadığı üçün Rusiya ilə yeganə danışa bilən ölkə Türkiyədir. Putinin önümüzdəki zamanda Türkiyəyə edəcəyi ziyarətdə Qafqaza sabitliyin gəlməsi, daha sonra Ermənistan Azərbaycan barışının təmin edilməsi gündəmə gələcək. Eyni zamanda Ukrayna-Rusiya savaşında tezliklə yenidən insani yardım koridorunun açılması və qalıcı atəşkəsin təmin edilməsi müzakirə olunacaq. Digər tərəfdən iki ölkə Prezidentləri arasında Suriyada baş verən hadisələr və İsrail Fələstində olan mövcud problemlər danışılacaq. Həmçinin, iqdisadi və davam edən mərkəzi ikili əlaqələr masaya yatırılacaq. Rəcəb Tayyib Ərdoğanın bundan əvvəl Zelenski ilə telefon danışığı oldu. İndi iki tərəfi də eyni ölçüdə razı salacaq və axan qanı dayandıracaq həll yolu tapılacaq. Bu görüşmə önəmlidir və müsbət nəticələr verəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi