Trampın qorxulu yuxusu: ABŞ İqtisadiyyatı çökür? -AÇIQLAMA
12:30 09.01.2024
Dünya
506
ABŞ-ın keçmiş prezidenti Donald Tramp müsahibəsində iqtisadiyyatın 12 ay ərzində çökəcəyinə ümid etdiyini bildirib.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, noyabrda ABŞ-da keçiriləcək seçkilərdə Baydenin rəqibi keçmiş ABŞ prezidenti Donald Tramp olacaq.
Tramp deyib ki, əgər çöküş olacaqsa, bunun 12 ay ərzində olmasını istəyir.
Tramp ABŞ-ın keçmiş prezidenti Herbert Huver kimi olmaq istəmədiyini deyib. Huver 1929-cu ildə Böyük Depressiya başlamazdan əvvəl vəzifəyə gəldi. Onun prezidentliyi ümumiyyətlə o dövrün iqtisadi çətinlikləri ilə müşaiyyət olundu.
Tramp Baydenin yenidən seçilmək iddiasına zərbə vurmaq üçün ciddi iqtisadi tənəzzül arzusunu gizlətmir.
ABŞ-ın hazırkı iqtisadiyyatının onun dövründə gördüyü işlərin sayəsində olduğunu ifadə edən Tramp, "İnanılmaz və çox kövrək bir iqtisadiyyatımız var. Onun indi işləməsinin yeganə səbəbi bizim etdiklərimizdir. İşləyir, amma Tramp administrasiyasının etdiklərinin tüstüsü ilə” - deyib.
Trampın fikirlərinə münasibət bildirən siyasi şərhçi Turab Rzayev "Sherg.az"a söyləyib ki, onun bu çıxışı etməsinin arxasında bir neçə səbəb dayanır:
"Çünki Trampın həqiqətən də Prezidentliyi dövründə Amerikada iqtisadi möcüzələr yaşandı. ABŞ iqtisadiyatı sürətləndi, şirkətlərin və səhm bazarının dəyəri artdı.
Ancaq pandemiya ilə əlaqədar məcburi qapanmalar iqtisadiyyatı zəiflətməyə başladı. Daha sonra Seçki zamanı pandemiyadan həm psixoloji, həm də iqtisadi əziyyət çəkən əhali kütləsinin bir qismi Trampa səs vermədi. Tramp əhali itkilərini aradan qaldırmaq üçün onlara yardım sözü versə də, bir çox ştatlar xalqa ayrılan korana virus ilə bağlı yardımların qarşısını aldı. Trampın işsizlik və korana dönəmində biznes idarəetmə ilə əlaqədar verdiyi kompozisiyaların bir hissəsi əhaliyə çatsa da, bir qismi çatmadı. Buna görə də Tramp özündən asılı olmayan faktorun qurbanı oldu".
Ekspert onu da qeyd edib ki, indi isə Bayden administrasiyası dövründə Tramp ABŞ-nin iqtisadi böhran yaşadığını bildirir:
"Bayden Trampın əksinə bəzi addımlar atır və iqtisadiyyat daha da zəifləyir. Buna görə də Tramp qorxur ki, hakimiyyətə gələrsə, zəifləyən iqtisadiyyat çökəcək. Bunun bütün siyasi nəticəsi isə yenə Trampın üzərinə qala bilər. Tramp düşünür ki, əgər bir il ərzində böhran baş verərsə, bu məsələdə Bayden administrasiyası günahkar olacaq. Bunun nəticəsində isə seçkidə Trampın daha yaxşı nəticə göstməsi gözlənilən olar. Əgər ədalətli seçkilər keçirilsə, Tramp qalib olacaq. Amma onun fərqli inzibati üsullarla qarşısını almağa çalışırlar. Yəni, ona müəyyən çətinliklər yaradılmasa, qalib gələ bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi