İrəvanın düşdüyü vəziyyətdən çıxışı o qədərdə çətin deyil - RƏY
11:13 01.02.2024
Siyasət
648
Bunun üçün sadəcə Azərbəycanla münasibətləri qaydaya salmalıdır
"Ermənistan bir dövlət kimi çökə bilər”. Bu barədə erməni politoloq Vahe Ovannisyan fikir səsləndirib.
“Qorxuram ki, Ermənistan bir dövlət kimi məhv ola bilər. Doğrudur, 21-ci əsrdə bu, qeyri-mümkün görünür. Lakin Suriya və Ukrayna beləcə dağıldı”, – Ovannisyan vurğulayıb.
Erməni politoloqun fikrincə, “Artsax” məsələsində heç nə edə bilməyən xalqın Ermənistanın süqutunu dayandıracağına dair heç bir zəmanət yoxdur.
“Dəyişikliyin baş verməsi üçün biz özümüzü, daxili siyasi mübarizənin formatlarını dəyişməliyik. Konstitusiyanın, himnin və gerbin dəyişdirilməsini gündəmə gətirməklə indiki hakimiyyət hər kəsin seçim qarşısında qalacağını göstərmək istəyir. Onlar simasız, prinsipsiz, yaddaşı olmayan yeni Ermənistan yaradırlar. İndiki rejim ancaq cəmiyyətin fəaliyyətsizliyi sayəsində hakimiyyətdə qalır. Odur ki, şəxsi ambisiyaları bir kənara qoyub cəmiyyəti konsolidasiya edə bilən moderator lazımdır. Belə bir adam olsa, onun adı Ermənistanın tarixinə qızıl hərflərlə yazılacaq”, – deyə Ovannisyan fikirlərini tamamlayıb.
Ovannisyanın açıqlamalarını "Sherg.az"a dəyərləndirən politoloq Turan Rzayev bildirib ki, erməni politoloqun sözləri kifayət qədər pessimist yanaşmadır və reallığı əks etdirmir:
"Ermənistanın çökməsinə dair fikirlər və bunu Ukrayna, Suriya ilə müqayisə edilməsi qeyri-peşəkar yanaşmadır. Əvvəla, Qarabağ müharibəsində Ermənistanın edəcək heç nəyi yox idi. Çünki Azərbaycan haqlı olan tərəf idi. Bu baxımdan indiki məqamda Ermənistanın edə biləcəyi ən yaxşı variant Azərbaycanla sülh müqaviləsi bağlayıb, problemləri həll etməsidir. Regionda əməkdaşlığın başlanılması Ermənistana hava və su kimi lazımdır. Bunun üçün Türkiyə və Azərbaycanla sərhədlər açılmalı, siyasi və iqtisadi münasibətlər bərpa edilməlidir. Yəni, rəsmi İrəvan üçün düşdükləri vəziyyətdən çıxış o qədərdə çətin deyil, bunun üçün sadəcə Azərbəycanla münasibətləri qaydaya salmalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol