"Paşinyanın öz generallarına inam və güvəni yoxdur" - Hərbi eskpert
11:55 01.02.2024
Gündəm
465
Hakimiyyətlə ordu arasında gərginlik hələ uzun müddət davam edəcək
"Nikol Paşinyan və komandası Ermənistan ordusunu, generalları, zabitləri hədəf alıblar”.
Bunu Ermənistan parlamentinin deputatı Mqer Melkonyan deyib.
O, hakimiyyətə indiki vəziyyətdə ordunun lazım olmadığını bildirib:
“Ermənistan ordusu tarixində heç olmadığı qədər qurban verdi, lakin hakimiyyət orduya çox laqeyd yanaşır. Son zamanlar baş verən qətl və intiharların qarşısı alınmadı, hər hansı tədbir görülmədi.
Təəccüblüdür ki, baş nazir yeni tikilən məktəbdə keyfiyyətsiz asılqan və duşa görə bölgə qubernatorunu, şəhərsalma komitəsinin rəisini işdən çıxarır. Amma orduda baş verənlərdən sonra müdafiə naziri, generallar hələ də vəzifədə qalıblar. Yanvarın 19-da 15 erməni hərbçinin yanaraq ölməsindən 1 il keçdi. Lakin hələ də bu məsələyə aydınlıq gətirilməyib. Görünür, bizim hakimiyyətə ordu lazım deyil”.
Mqer Melkonyanın sözlərini "Sherg.az" üçün şərh edən hərbi eskpert Üzeyir Cəfərov zaman-zaman Ermənistanın hazırki hakimiyyəti ilə ordu arasında gərginliklərin olduğunu söyləyib:
"Artıq bir neçə ildir bu gərginliklər mütəmadi şəkildə hökm sürür. Bəzi generallar məsuliyyətə cəlb olunur, səs-küy gətirəcək istefalar yaşanır. Hətta Paşinyan tərəfindən 2 müdafiə naziri məsuliyyətə cəlb olunub. Bunlar Ermənistan ordusu ilə hakimiyyət arasında olan gərginliyin bariz göstəriciləridir. Sözügedən gərginlik dünən də olub, bu gün də var, sabah da olacaq. Çünki Paşinyanın öz generallarına inam və güvəni yoxdur".
Ekspert hazırda Ermənistan ordusunda gərgin vəziyyətin hökm sürdüyünü, nizamnamədən kənar halların mövcudluğunu vurğulayıb:
"Əsgər və zabitlər arasında psixoloji problemlər baş verməkdə davam edir. Ermənistan ordusunda vəziyyətin bundan sonrada uzun bir müddət gərgin məzrada davam edəcəyini düşünürəm. Son zamanlar Ermənistanda əsgərin əsgəri və ya əsgərin zabiti güllələməsi kimi hallar artmaqdadır. Ona görə də ordunun formalaşması üçün onlara vaxt lazımdır. Bunu Paşinyan özüdə yaxşı başa düşür. O, yeni namizədlər axtarır, yeni generallar irəli sürür. Hazırda Ermənistan ordusu region ölkələri ilə müqayisədə çox çox geridədir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol