
Ərdoğan Putin görüşü: Türkiyə sülhün əldə olunmasına çalışır -ŞƏRH
11:56 02.02.2024
Aktual
565
Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfərinin gündəliyi açıqlanıb.
Bu barədə Kremlin sözçüsü Dmitri Peskov deyib.
O bildirib ki, V.Putin Ankarada türkiyəli həmkarı R.T.Ərdoğanla Ukraynadakı durumu müzakirə edəcək.
Liderlər, həmçinin ikitərəfli məsələlər və regional durum barədə danışacaqlar.
D.Peskov qeyd edib ki, Ankara Moskva ilə münasibətlərinə görə, təzyiqlərə baxmayaraq, müstəqil siyasətini qoruyur.
Səfərin gözlənilən olduğunu vurğulayan türkiyəli politoloq, Ankara Universitetinin professoru Toğrul İsmayıl "Sherg.az"a bildirib ki, Türkiyə Prezidenti uzun müddət əvvəl bunu təklif etmişdi:
"Səfərin gecikməsinin səbəbi Vladimir Putinin proqramları ilə bağlı idi. Görüşmə zamanı Ukrayna müharibəsi ilə yanaşı Türkiyə və Rusiya arasında olan münasibətlər də müzakirə oluna bilər. Eyni zamanda Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyət də masaya yatırılması gözlənilən məsələlərdir. İsrailin fələstinlilərə qarşı apardığı əməliyyatlar və Suriya məsələsi də müzakirə ediləcək. Xüsusilə enerji və iqtisadi sahadə əməkdaşlıq da çox ciddi problemlərdən biridir. Burada Amerika və Qərbin tədbiq etdiyi sanksiyalar nəticəsində Türkiyə bankları Rusiya ilə ticarətdə müəyyən çətinliklər yaşayır. Türkiyə sanksiyalar altında qalmaq istəmir, ona görə də bu məsələlər də Putinlə danışıla bilər"

Ekspert onu da bildirib ki, Türkiyə ilk gündən Ukraynanın torpaq bütövlüyünü müdafiə edən ölkədir:
"Bunu Rəcəb Tayyib Ərdoğan bütün çıxışlarında açıq şəkildə ifadə edib. Hətta Putinlə görüşəndə belə Rusiya əsgərinin Ukraynadan çıxması şərtilə sülh prosesini təşkil edəcəyini bildirmişdi. Türkiyə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə diplomatik və mənəvi dəstək verdiyi kimi Ukrayna savaşında da bu mövqedən çıxış edir. Yəni birbaşa olaraq Türkiyənin açıq formada Ukrayna müharibəsinə qatılması müzakirə ediləcək məsələ deyil. Türkiyə Ukrayna və Rusiya savaşının tezliklə sülh nəticəsində həllinə çalışır. Məsələn, Antalya Diplomatik Forumunda (ADF) Türkiyə iki ölkənin xarici işlər nazirlərini bir araya gətirə bilmişdi. Eyni zamanda Türkiyənin vasitəçiliyi ilə əsirlərin dəyişdirilməsi də reallaşdı. Ankaranın əsas hədəfi tez bir zamanda müharibənin bitməsi və sülhün Ukrayna ərazi bütövlüyü çərçivəsində həll edilməsidir".
Xatırladaq ki, daha əvvəl V.Putinin fevralın 12-də Türkiyəyə gedəcəyi bildirilmişdi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol
Ermənistanda gerbdən xaçı silib, yerinə, görün, nə qoydular...
15:44 27.05.2026
Dünya
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
15:32 27.05.2026
Dünya
Kiriakos Mitsotakis İlham Əliyevi təbrik edib
14:47 27.05.2026
Rəsmi
Rusiya Ermənistanı yanacaq sazişlərini dayandırmaqla hədələyib
14:39 27.05.2026
Dünya