Füzuli şəhərində səs verəcək seçicilərin sayı AÇIQLANDI
Yusif Nəzərli
16:38 04.02.2024
Cəmiyyət
1558
Füzuli şəhərində 527 ailə olmaqla, 1969 nəfərin daimi məskunlaşması təmin edilib. Həmin sakinlərdən səsvermə hüququ olan 1292 nəfər doğma yurdunda ilk dəfə səs verəcək.
AZƏRTAC xəbər verir ki, fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisində səsvermə prosesi işğaldan azad olunan Füzuli şəhərində üç məntəqədə baş tutacaq.
84 saylı Füzuli seçki dairəsi dairə seçki komissiyasının sədri Ramiz Teymurovun verdiyi məlumata görə, dairədə, ümumilikdə, 77 seçki məntəqəsi üzrə 54457 seçici qeydə alınıb.
Onlardan 3619 nəfəri işğaldan azad olunan ərazilərdəki 75, 76 və 77 saylı seçki məntəqələrində səs verəcək. 77 saylı seçki məntəqəsində qeydə alınan 1292 nəfər Füzuli şəhərinə qayıdan keçmiş məcburi köçkünlərdir. 75 saylı seçki məntəqəsində səs verəcək 1351 nəfər, 76 saylı seçki məntəqəsində isə 976 nəfər işğaldan azad olunan ərazilərdə çalışanlardır.
Dairə üzrə seçki prosesini izləyəcək 1020 müşahidəçi qeydə alınıb ki, bu müşahidəçilərdən 24 nəfəri işğaldan azad olunan seçki məntəqələrində iştirak edəcək.
Səsvermədə iştirak edəcək sakinlərdən biri də Elmir İsmayılovdur. O, fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisində həvəslə səs verəcəyini bildirib: “Biz Füzuli sakinləri hər bir azərbaycanlı kimi bir çox tarixi hadisələrə şahidlik etdik. Qüdrətli Ordumuzun gücü sayəsində Qələbə sevincini yaşadıq. Doğma şəhərimiz qısa müddətdə dövlətimiz tərəfindən yenidən quruldu və bizlər də qalib ölkənin qalib vətəndaşı olaraq doğma yurdumuza qayıtdıq. Daha bir tarixi günə öz elimizdə şahid olacağıq”.
Vaqif Xanlarov da Füzuli şəhərinə qayıdan sakinlərdəndir. O, Birinci Qarabağ müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib. Bildirib ki, bu torpaqların hər qarışı uğrunda qəhrəman oğullarımızın qanı axıb, ona görə burada yaşamaq, tikib-qurmaq qürurvericidir. “Özümü dünyanın ən xoşbəxt adamı hiss edirəm, çünki Füzulidə ilk dəfə səsvermədə iştirak edənlərdən biri də mənəm. Bir vaxtlar uğrunda döyüşdüyümüz torpaqlarda indi daha bir tarixi günə hazırlaşırıq. Biz 30 il bu dağların, dərələrin, doğma yurdumuzun hər qarışına həsrət qaldıq. Amma indi artıq qalib xalq olaraq öz elimizə qayıtmışıq. Yenidən qurulan Füzuli şəhərində bizim üçün hər bir şərait yaradılıb. Bir çox bayramı Füzulidə sevinc və qürur hissi ilə qarşıladıq. İndi də qarşıdan prezident seçkisi gəlir. Bu seçkidə böyük həvələ iştirak edəcəyəm”, - deyə o əlavə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanın özünü ərzaqla təminetmə səviyyəsi bəlli oldu
17:15 23.10.2026
İqtisadiyyat
İran PA: Mühasirə səbəbindən ölkənin idxalı 25 faiz azalıb
17:12 23.10.2026
Dünya
İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək
16:58 23.10.2026
Gündəm
Yasamalda piyada səkisinin zəbt edilməsinin qarşısı alınıb - FOTO
16:56 23.10.2026
Hadisə
Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen
16:52 23.10.2026
Dünya
Putini təbrik edən ukraynalı deputata cinayət işi açıldı
16:39 23.10.2026
Dünya
İordaniyada kilsəyə silahlı hücum olub, 7 nəfər ölüb
16:29 23.10.2026
Dünya
Bəluclar Azərbaycana dəstək bəyanatı yaydı
16:24 23.10.2026
Gündəm
Əfqan Sadıqovun məhkəməsi başlayıb
14:26 23.10.2026
Cəmiyyət
Hindistan və Azərbaycan bu barədə razılığa gəldi
14:17 23.10.2026
Gündəm
Rusiya dizel yanacağının ABŞ-a tədarükü başlayıb
14:01 23.10.2026
Dünya
Milli Məclisin növbəti iclasının tarixi açıqlanıb
13:56 23.10.2026
Gündəm
Hərbi rütbələrin verilməsi qaydasına dəyişiklik edilir
13:44 23.10.2026
Hərbi
Şenol Günəşdən Sergen açıqlaması: “...Zaman göstərəcək”
13:32 23.10.2026
Futbol