
Kriminalist: İntihara vadaretmə səbəbi daha realdır
09:41 08.02.2024
Aktual
494
Böyük ehtimalla qadın körpəsilə birlikdə özünü çaya atıb
Bir neçə gün əvvəl Polşada iki aylıq övladı ilə birgə itkin düşən azərbaycanlı qadının meyiti çayda aşkar edilib. Adilə Mehdiyevanın cansız bədəni Oder çayından tapılıb. Cəsəd tanınmaz halda olduğundan onun mərhuma aid olması yalnız geyimindən müəyyən edilib. Onun övladının taleyi ilə bağlı heç bir məlumat yoxdur.
Polşada yaşayan 30 yaşlı azərbaycanlı qadının, Adilə Mehdiyevanın faciəli ölümü və həm də 2 aylıq körpə uşağının yoxa çıxması, Azərbaycan və Polşa cəmiyyətində gərgin müzakirə olunur.
Əldə edilən son görüntülərdə Adilə Mehdiyevanın dekabrın 17-də axşam saatlarında övladı ilə birgə yaşadığı ünvanı tərk etdiyi görünür.
Detektiv Kşiştof Rutkovski və komandası bir aydan çox müddətdə Adilə Mehdiyeva və onun iki aylıq oğlu Emilin işi ilə bağlı araşdırma aparıb. Detektiv bu hadisənin "intihar" olduğu qənaətindədir: "Biz qadının övladı ilə birgə intihar etdiyi qənaətindəyik. Ən çox ehtimal olunan variant budur. Ola bilsin ki, bu hadisənin baş verməsinə səbəb Azərbaycan vətəndaşının üzləşə biləcəyi şok olub. Qadının əri kameradakı görüntüləri izlədikdən sonra başına gələnləri ailəsinə danışıb. Təəssüf ki, polis bu səs yazısını ictimaiyyətə yaya bilmir. Çox güman, qadın depressiyaya düşüb və buna görə də intihara meyilli olub. O, həkimlərin və sosial xidmətlərin himayəsində olub, ancaq ona effektiv profilaktik kömək göstərilməyib". Detektiv bildirib ki, bütün istintaq dövrü ərzində onun komandası həm quruda, həm suda, həm də havadan əməliyyatlar aparıb. Qeyd edək ki, yerli polis hələ də hadisələrin son versiyasını açıqlamayıb.
Kriminalist-ekspert İlqar Altay isə "Sherg.az"a açıqlamasında deyib ki, böyük ehtimalla qadın körpəsilə birlikdə özünü çaya atıb:
"A.Mehdiyeva körpəsi ilə evdən çıxıb və sonra Oder çayından meyiti tapılıbsa, bununla belə meyiti üzərində zorakılıq əlamətləri yoxdursa və həm araşdırmalar zamanı onun qəsdinə təqib faktı, sübutları yoxdursa, demək, intihar məsələsidir. Qalır, bu intiharın səbəbləri. Ya psixi xəstəlik və çatışmazlıq var, ya da intihara kənar vadaretmələr. Qadının psixi-ruhi çatışmazlığının olması isə əsla inandırıcı deyil. Savadlı, işgüzar, özünə xaricdə yer, mövqe tutmuş ağlı başında insandır. Demək ki, intihara vadaretmə səbəbi daha realdır. Yəqin ki, Fransa əsilli əri ilə ciddi münaqişəsi olub və üstəlik də, Polşada viza, ölkədən çıxarılma məsələsi onu çıxılmaz hala, buradan da kəskin emosional duruma, intihar həddinə gətirib çıxarıb".

Kriminalistin sözlərinə görə, səbəbindən asılı olmayaraq gənc qadının körpəsi ilə ölümü təəssüfedici faciədir:
"İnsan gərək, ən çətin gün, an özünü itirməsin, ələ alsın, səbirli, təmkinli və mütləq ümidli olsun gələcəyə, xoş günlərə. Bunun üçün də gərək mənəvi-psixoloji yöndə özünü düşdüyü o sıxıntılı çətinlik çevrəsindən yuxarıda görsün. Yuxarıdan və kənardan kiçicik görünən həmin çevrəyə və içindəki özünə də baxıb desin: bu çevrəni vurub, qırıb, keçəcəm! Allah gərginlik yaşayan xalqımıza kömək olsun".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zakir Həsənov Qurban bayramı münasibətilə şəxsi heyəti təbrik etdi
20:15 26.05.2026
Hərbi
İsveçrə Prezidenti Azərbaycan liderini təbrik edib
19:48 26.05.2026
Rəsmi
DİM 17 mayda keçirilən imtahanların nəticələrini elan edib
19:41 26.05.2026
Elm və Təhsil
Əli Əsədov Mixail Mişustinlə telefon danışığı aparıb
19:29 26.05.2026
Siyasət
Seren Ay Çetindən şok iddia: “Sercan Beyza ilə evlənməyi düşünürdü”
19:19 26.05.2026
Şou
Fransada isti hava faciəyə səbəb oldu: 7 nəfər həyatını itirdi
19:03 26.05.2026
Dünya
İspaniya Kralı Azərbaycan Prezidentinə təbrik ünvanlayıb
18:54 26.05.2026
Gündəm
Bu yağıntılar başdan-ayağa müəmmadır - Ekoloq Ənvər Əliyev
18:20 26.05.2026
Ekologiya
Makron Azərbaycan Prezidentini təbrik etdi
18:15 26.05.2026
Gündəm
Donald Tramp Prezident İlham Əliyevə təbrik ünvanlayıb
18:01 26.05.2026
Gündəm
Qarabağda köməksiz vəziyyətdə cüyür balası aşkar edildi - FOTO
17:53 26.05.2026
Qarabağ
Bir sıra məhkəmələrə hakimlər təyin edildi
17:28 26.05.2026
Gündəm
ABŞ dövlət katibi: “Tramp marşrutu” Cənubi Qafqazda sülhə yol açır
17:14 26.05.2026
Gündəm