Yücel Karauz: Cənubi Qafqazda yeni təhdidlər, risklər yaranıb
Yusif Sultanoğlu
03:01 08.03.2024
Siyasət
496
Zakir Həsənovun Türkiyəyə səfəri çərçivəsində həm quru, həm hava qoşunlarına yönəlik bəzi məsələlər müzakirə olunub
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyəyə işgüzar səfəri çərçivəsində Eskişəhərdə 1-ci Aviasiya bazasının komandiri general-mayor Ertan Uzun ilə görüşüb. Görüşdə hərbi, hərbi təhsil sahələrində əməkdaşlıq və qarşılıqlı maraq doğuran bir çox məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb. Sonra milli müdafiə naziri Yaşar Güler ilə birgə 2023-2024-cü uçuş təlim ilinin açılış mərasimində iştirak edib. Uçuş əmri verildikdən sonra qonaqlar qardaş ölkənin hərbi aviasiya vasitələrinin uçuşlarını izləyiblər. Daha sonra general-polkovnik Z.Həsənov Ankaraya gəlib. Burada Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürakla görüşüb. Görüşdə iki qardaş ölkənin orduları arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub. Sonra hər iki qardaş ölkənin müdafiə nazirləri Ankarada keçirilən "TEKNOFEST" Aerokosmik və Texnologiya festivalında iştirak ediblər. Ekspertlər mövcud şəraitdə, regionda yaranmış gərginlik müstəvisində Azərbaycan müdafiə naziri Zakir Həsənovun Türkiyəyə səfərinin xüsusi önəm daşıdığını düşünürlər.
Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi general Yücel Karauz "Sherg.az"a deyib ki, Azərbaycanla Türkiyə arasında hərbi əlaqələr "bir millət, iki dövlət, tək ordu" səviyyəsindədir. Generalın sözlərinə görə, Türkiyə-Azərbaycan arasında hərbi əməkdaşlığı o qədər adiləşib ki, demək olar ki, hər ay iki ölkənin müdafiə nazirləri, generalları bir-birinə qarşılıqlı səfərlər edirlər:
"Müdafiə naziri Zakir Həsənovun Türkiyəyə rəsmi səfəri ilk növbədə Azərbaycanda hökumətin yenidən formalaşmasından sonra ənənəyə uyğun olaraq atılmış bir addımdır. Bu səfər digər yandan Cənubi Qafqazda yeni təhdidlərin, risklərin meydana çıxması fonunda da əhəmiyyət kəsb edir. Zakir Həsənovun Türkiyəyə səfəri çərçivəsində həm quru, həm hava qoşunlarına yönəlik bəzi məsələlər müzakirə olunub, həm də müdafiə sənayesi ilə bağlı məqamlar gündəmə gətirilib. Azərbaycan və Türkiyənin birgə təşəbbüsü olan "HAKİM" (Hərbi Hava Qüvvələrinin Mərkəzi İdarəetmə Mərkəzi) sayəsində birgə hava məkanına nəzarət zonası Egey dənizindən Xəzər hövzəsinə qədər genişlənəcək. İki ölkənin Hərbi Hava Qüvvələri də bu şəkildə hərəkət edə biləcək. Bu məsələ də nazirlərin görüşündə müzakirə olunub. Bu müzakirələrin kritik dönəmdə, Ermənistanın sürətli silahlanması fonunda aparılması diqqətçəkən mühüm məqamdır. Belə səfərlər dosta güvən verir, düşmənə isə qorxu salır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nyu-York birjasında təbii qazın qiyməti azalıb
09:13 22.05.2026
İqtisadiyyat
Gürcüstan Azərbaycandan turist axınında artım gözləyir
09:05 22.05.2026
Region
“İçində kişi olmayan bir serial tapacam”
08:48 22.05.2026
Şou
"Qlobal Sumud Donanması"ndakı 422 nəfər Türkiyəyə gətirilib
07:51 22.05.2026
Region
40 yaşa çatmamış bu qidaları yeməyə başlayın
07:17 22.05.2026
Maraqlı
Zəli hansı xəstəliklərdə istifadə olunur?
06:00 22.05.2026
Sağlamlıq
Axtarışa verilən Serenaydan ilk - Açıqlama
05:25 22.05.2026
Şou
Dünyanın 5 ən təhlükəli boğazı - Onlar bağlansa nə baş verər?
04:14 22.05.2026
Dünya
Ayaqlarınız daim üşüyürsə, bunları yeyin - Canan Karataydan
03:33 22.05.2026
Sağlamlıq
Tan Taşçı saxlanıldı
02:54 22.05.2026
Şou
Əfqanıstanda qızlar üçün nikah yaşı aşağı salınıb
02:22 22.05.2026
Dünya
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
00:19 22.05.2026
İnfrastruktur
"Fox News": Amerikalıların 60%-dən çoxu İranla müharibəyə qarşıdır
23:30 21.05.2026
Dünya
Yeni MMA liqası təşkil ediləcək
23:11 21.05.2026
İdman
Əli Əsədov Türkmənistana səfər edib
22:06 21.05.2026
Siyasət