"Azərbaycan öz ərazilərində suverenliyini təmin edib. Bu baxımdan ölkə ərazisində istənilən yeri söküb yenidən tikə bilərik. Biz Ermənistanın istəyi ilə oturub durmuruq"
Bütün izlər silinir, silinəcək
11:45 08.03.2024
Gündəm
463
Xankəndidə bəzi binalar separatçıların simvolları ilə tikilmişdi
"Azərbaycan öz ərazilərində suverenliyini təmin edib. Bu baxımdan ölkə ərazisində istənilən yeri söküb yenidən tikə bilərik. Biz Ermənistanın istəyi ilə oturub durmuruq"
Xankəndi şəhərində işğal dövründə inşa edilmiş qanunsuz tikililər sökülür. Azərbaycan hökuməti həmin qanunsuz binaları sökməklə ərazimizdə mövcudluğuna son qoyulmuş separatçıların son izlərini də aradan qaldırır.
Sökülən qanunsuz tikililər arasında qondarma qurumun “parlament” adlanan binası və “Artsaxı azad etmiş döyüşçülər” ittifaqının binası (Ermənistan Respublikasının Könüllülər İttifaqı da (“YERKRAP”) adlanır) da var.
Üçmərtəbəli, sahəsi 1350 kvadratmetr olan binada qondarma rejimin 33 "deputat"ı fəaliyyət göstərib. Onlar separatçıların mənfur siyasətini dəstəkləyiblər. Bu bina Azərbaycana qarşı işğal və soyqırımı planlarının cızıldığı və qərarların qəbul olunduğu terrorçu yuvası olub. Məhz bu səbəbdən də həmin binanın sökülməsinə başlanılıb.
Xankəndidə qanunsuz tikililərin sökülməsi Ermənistanda yersiz səs-küyə səbəb olub. Ermənilər bu binaların, eləcə də digər qanunsuz tikililərin sökülməsinə siyasi don geydirməyə çalışır, guya erməni irsinin silinməsi kimi təqdim etməyə cəhd göstərirlər. Lakin bu iddiaların hamısı əsassızdır.
Xankəndi şəhərinin Baş planı hələ SSRİ zamanında Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsdiqlənib, şəhərdə Azərbaycan SSR tərəfindən geniş tikinti-quruculuq işləri aparılıb.
Ermənistanın Qarabağı işğal etməsindən sonra isə Xankəndidə lazımsız tikinti işləri həyata keçirilib, şəhərin Baş planına uyğun olmayan tikililər inşa olunub.
Millət vəkili Azər Badamov da “Sherg.az"a açıqlamasında deyib ki, Xankəndidə apardığımız söküntü işləri separatistlərin izlərinin silinməsidir. Bu binada vaxtilə oturanlar Azərbaycanın ərazilərini ələ keçirmək və xalqımıza qarşı cinayətlərin işlədilməsi ilə bağlı planlarını müzakirə ediblər:
“Keçən ilin 20 sentyabrında Xankəndidə erməni separatçıların kökünü kəsdiyimiz kimi indi də onların fiziki yuvasını məhv edirirk. Xankəndidə bu gün dağıdılan binalar ərazilərimizin işğalından sonra tikilib. Ona görə də bu binalar separatçıların simvolları ilə tikilmişdi. Bu gün Qarabağda erməni separatçıları qalmadığı kimi onları simvolizə edən tikililər də torpaqlarımızdan təmizlənməlidir. Xankəndidə aparılan söküntü və tikinti işləri ilə bağlı Ermənistanda narahatlığın keçirilməsi gözləniləndir. Ermənilər hər bir vasitədən istifadə edərək siyasi don geydirməyə çalışır və beynəlxalq arenada Azərbaycana qarşı mənfi rəy formalaşdırmağa çalışırlar. Erməni millətində utanan sifət yoxdur. Əgər onlarda bir az da olsa utanan sifət olsaydı, 30 il işğal altında saxladıqları ərazilərimizdə törətdikləri soyqırımları, məscidlərin yerlə-yeksan edilərək təhqir olunmalarını və məhv etdikləri yaşayış məntəqələrini bir anlığa gözünün qabağına gətirərdilər. Ermənilər elə hesab edirlər ki, onlara hər şey etmək olar, amma Azərbaycan öz suveren ərazilərində tikinti-quruculuq işləri apara bilməz. Təbii ki, bu, erməni toplumunun təfəkkürünün cılızlığıdır. Amma bütün çətin günlərimiz arxada qalıb. Azərbaycan öz ərazilərində suverenliyini təmin edib. Bu baxımdan ölkə ərazisində istənilən yeri söküb yenidən tikə bilərik. Biz Ermənistanın istəyi ilə oturub durmuruq”.
Millət vəkili bildirib ki, Xankəndi şəhəri də Sovet vaxtında azərbaycanlıların tərtib etdiyi Baş planına uyğun yenidən qurulacaqdır: “O cümlədən Xankədinin mərkəzində torpaqlarımızın işğaldan azad edilməsində canından keçərək qəhrəmanlıq göstərmiş şəhidlərimizin xatirəsinə bir abidənin ucaldılmasını vacib hesab edirəm. Xankəndidə və digər azad olunmuş şəhər və kəndlərimizdə ancaq tariximiz, qələbəmizi simvolizə edən abidələr və binalar ucalmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nyu-York birjasında təbii qazın qiyməti azalıb
09:13 22.05.2026
İqtisadiyyat
Gürcüstan Azərbaycandan turist axınında artım gözləyir
09:05 22.05.2026
Region
“İçində kişi olmayan bir serial tapacam”
08:48 22.05.2026
Şou
"Qlobal Sumud Donanması"ndakı 422 nəfər Türkiyəyə gətirilib
07:51 22.05.2026
Region
40 yaşa çatmamış bu qidaları yeməyə başlayın
07:17 22.05.2026
Maraqlı
Zəli hansı xəstəliklərdə istifadə olunur?
06:00 22.05.2026
Sağlamlıq
Axtarışa verilən Serenaydan ilk - Açıqlama
05:25 22.05.2026
Şou
Dünyanın 5 ən təhlükəli boğazı - Onlar bağlansa nə baş verər?
04:14 22.05.2026
Dünya
Ayaqlarınız daim üşüyürsə, bunları yeyin - Canan Karataydan
03:33 22.05.2026
Sağlamlıq
Tan Taşçı saxlanıldı
02:54 22.05.2026
Şou
Əfqanıstanda qızlar üçün nikah yaşı aşağı salınıb
02:22 22.05.2026
Dünya
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
00:19 22.05.2026
İnfrastruktur
"Fox News": Amerikalıların 60%-dən çoxu İranla müharibəyə qarşıdır
23:30 21.05.2026
Dünya
Yeni MMA liqası təşkil ediləcək
23:11 21.05.2026
İdman
Əli Əsədov Türkmənistana səfər edib
22:06 21.05.2026
Siyasət