Ombudsman Aparatının rəhbəri: İslamofobiya Fransanın dövlət siyasətidir
11:58 09.03.2024
Siyasət
464
İslamofobiya Fransanın dövlət siyasətidir.
"Report" xəbər verir ki, bunu Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsman) Aparat rəhbəri Aydın Səfixanlı Bakıda keçirilən "Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfrans çərçivəsində baş tutan “Genderləşdirilmiş İslamofobiyanın Matrisi: Müsəlman Qadınlarının Repressiyası və Müqaviməti, Gender və Cəmiyyət” adlı paneldə çıxışında deyib.
Onun sözlərinə görə, bu gün islamofobiya müxtəlif aspektlərdə özünü göstərir və insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması ilə nəticələnir: "İslamofobiyanın qadınlara təsiri daha ciddidir və belə halların aradan qaldırılması üçün təcili tədbirlər görülməlidir. Müsəlman qadınların seçim azadlığını müdafiə edərkən beynəlxalq təşkilatlar onların fundamental hüquqlarının qorunmasına kömək edəcək həll yolları tapmalıdır".
Aparat rəhbəri bildirib ki, müsəlman qadınların hüquqlarının inkarı Avropada, xüsusən də Fransada artan islamafobiya kontekstində baş verir: "Bir çox Avropa ölkələrində dini geyimi qadağan edən qanunlar var və bu, azadlıq hüququnun kobud şəkildə pozulmasıdır. Dini geyimlərə qoyulan məhdudiyyətlər çox vaxt bütün dinlərə mənsub insanlara şamil edilən neytrallıq çərçivəsində əsaslandırılır, lakin əslində bu, yalnız müsəlman qadınlara qarşı yönəlib və İslamın Qərb dəyərlərinə uyğun gəlməməsi ilə bağlı daha geniş müzakirələrin bir hissəsidir".
A.Səfixanlı vurğulayıb ki, ayrı-seçkilik halları müsəlman qadınların əsas hüquq və azadlıqlarını, o cümlədən təhsil hüququnu pozur: "İslamofobiya Fransa dövlətinin siyasətidir. Müsəlman qadınların fundamental hüquqları pozulur, həm din, həm də cinsiyyət zəminində ayrı-seçkilik edilir. Bəzi Avropa ölkələri istənilən formada dini dözümsüzlük və gender bərabərsizliyinə qarşı qətiyyətli mövqe tutmalıdır".
Aparat rəhbəri bildirib ki, cəmiyyətin diqqətini milli məsələlərdən yayındırmaq üçün Fransada müsəlmanlar tez-tez dünyəviliyə təhlükə olaraq siyasi mübahisələrin subyektinə çevrilirlər:
"Fransada hicabın qadağan edilməsi müsəlman qadınların təhsil və iş kimi əsas institutlara çıxışını qadağan edir. Təəssüf hissi ilə qeyd etmək istərdim ki, insan hüquq və azadlıqlarının kobud şəkildə pozulmasına səbəb olan bu cür qanunsuz əməllər Fransada dövlət səviyyəsində dəstəklənir və gücləndirilir. Hesab edirəm ki, beynəlxalq təşkilatlar bu faktlara biganə qalmamalı və belə halların qarşısını almalıdırlar".
O bildirib ki, müharibə cinayətlərindən ən çox müsəlman qadınlar əziyyət çəkir. Son onilliklərdə Ermənistanın Azərbaycana qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində törədilmiş hərbi cinayətlər zamanı minlərlə azərbaycanlı müsəlman qadın öldürülüb və zorakılığa məruz qalıb: "Azərbaycan qadınları müsəlman və türk olduqları üçün öldürülüb, zorakılığa məruz qalıblar. Bütün bu cinayətlər islamafobiya və türkofobiyanın bariz təzahürləridir. İnsan hüquq və azadlıqlarının kobud şəkildə pozulmasına səbəb islamofobiyanın mövcudluğudur və belə halların qarşısının alınması üçün səylərimizi birləşdirməliyik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Axtarışa verilən Serenaydan ilk - Açıqlama
05:25 22.05.2026
Şou
Dünyanın 5 ən təhlükəli boğazı - Onlar bağlansa nə baş verər?
04:14 22.05.2026
Dünya
Ayaqlarınız daim üşüyürsə, bunları yeyin - Canan Karataydan
03:33 22.05.2026
Sağlamlıq
Tan Taşçı saxlanıldı
02:54 22.05.2026
Şou
Əfqanıstanda qızlar üçün nikah yaşı aşağı salınıb
02:22 22.05.2026
Dünya
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
00:19 22.05.2026
İnfrastruktur
"Fox News": Amerikalıların 60%-dən çoxu İranla müharibəyə qarşıdır
23:30 21.05.2026
Dünya
Yeni MMA liqası təşkil ediləcək
23:11 21.05.2026
İdman
Əli Əsədov Türkmənistana səfər edib
22:06 21.05.2026
Siyasət
ABŞ Prezidenti: İranın uran ehtiyatını məhv edəcəyik
20:55 21.05.2026
Dünya
Avropa Liqasında mövsümün ən yaxşı futbolçusu müəyyənləşdi
20:31 21.05.2026
Dünya
Rubio: İranla danışıqlarda müəyyən irəliləyiş əldə olunub
20:19 21.05.2026
Region
Leyla Əliyeva Esvatini Kralı III Msvatini ilə görüşüb
20:06 21.05.2026
Gündəm
Ekspert Minidiçin Zelenskini niyə məhkəməyə verdiyini açıqlayıb
19:52 21.05.2026
Dünya