Almaniyada bir çox ailə biznesi təhlükə altındadır
Yusif Nəzərli
01:43 10.03.2024
Dünya
399
Almaniya iqtisadiyyatının əsasını təşkil edən bir çox ailə biznesi hökumət tərəfindən şirkətlərin maliyyələşdirilməsinin məhdudlaşdırılması və elektrik enerjisinin qiymətinin artması səbəbindən təhlükə altındadır.
AZƏRTAC xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
“Narahatlıq Almaniyada hələ də ölkə iqtisadiyyatının əsasını təşkil edən və təhlükə ilə üzləşən təxminən üç milyon ailə biznesinin artan narazılığını əks etdirir. Almaniyanın Konstitusiya Məhkəməsi hakim koalisiyaya həddindən artıq büdcədənkənar maliyyəni dayandırmağı əmr etdikdən sonra şərtlər daha da mürəkkəbləşdi", - deyə “Bloomberg” yazır.
Agentlik qeyd edir ki, həddindən artıq bürokratiya, kredit və istiqrazlara xidmət üzrə yüksək xərclər, elektrik enerjisinin qiymətinin artması da biznesə maneələr yaradır. Bundan əlavə, COVID-19 pandemiyası bu sahəyə ciddi ziyan vurub.
Fevral ayında ölkənin Federal Statistika Bürosunun (Destatis) açıqlamasında bildirilib ki, dördüncü rübdə Almaniyanın ÜDM-i illik ifadədə 0,2 faiz azalıb. Beləliklə, ölkə iqtisadiyyatı formal olaraq tənəzzülə uğrayıb - ÜDM-in azalması ardıcıl iki rüb davam edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyanın 5 ən təhlükəli boğazı - Onlar bağlansa nə baş verər?
04:14 22.05.2026
Dünya
Ayaqlarınız daim üşüyürsə, bunları yeyin - Canan Karataydan
03:33 22.05.2026
Sağlamlıq
Tan Taşçı saxlanıldı
02:54 22.05.2026
Şou
Əfqanıstanda qızlar üçün nikah yaşı aşağı salınıb
02:22 22.05.2026
Dünya
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
00:19 22.05.2026
İnfrastruktur
"Fox News": Amerikalıların 60%-dən çoxu İranla müharibəyə qarşıdır
23:30 21.05.2026
Dünya
Yeni MMA liqası təşkil ediləcək
23:11 21.05.2026
İdman
Əli Əsədov Türkmənistana səfər edib
22:06 21.05.2026
Siyasət
ABŞ Prezidenti: İranın uran ehtiyatını məhv edəcəyik
20:55 21.05.2026
Dünya
Avropa Liqasında mövsümün ən yaxşı futbolçusu müəyyənləşdi
20:31 21.05.2026
Dünya
Rubio: İranla danışıqlarda müəyyən irəliləyiş əldə olunub
20:19 21.05.2026
Region
Leyla Əliyeva Esvatini Kralı III Msvatini ilə görüşüb
20:06 21.05.2026
Gündəm
Ekspert Minidiçin Zelenskini niyə məhkəməyə verdiyini açıqlayıb
19:52 21.05.2026
Dünya
İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
19:19 21.05.2026
Rəsmi