Azərbaycandan tək Türkiyəyə pul köçürmələrin azalmayıb, Rusiyaya da...
Yusif Nəzərli
14:17 12.04.2024
İqtisadiyyat
874
2023-cü ildə Azərbaycandan Türkiyəyə 146 milyon 140 min ABŞ dolları pul köçürülüb.
Azərbaycan Mərkəzi Bankı (AMB) xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 19 % azdır.
Hesabat dövründə Azərbaycandan Türkiyəyə pul köçürmələrinin ümumi köçürmələrdə payı 26,2 %-dən 26,6 %-ə çatıb.
Ötən il Türkiyədən Azərbaycana isə 164 milyon 316 min ABŞ dolları pul köçürülüb. Bu isə əvvəlki ilə nisbətən 34,5 % çoxdur.
İl ərzində Türkiyədən Azərbaycana pul köçürmələrinin ümumi köçürmələrdə payı 3,4 %-dən 9,9 %-ə çatıb.
İqtisadçı, ekspert Xalid Kərimli isə "Sherg.az" a bildirib ki, əslində Azərbaycandan Türkiyəyə göndərilən vəsaitlərin azalması çoxluq təşkil etmədiyi üçün ciddi səbəblər axtarmağa ehtiyac yoxdur:
"Ümumiyyətlə, 2022-ci ili qarışıq, Rusiya-Ukrayna müharibəsi fonunda qeyri-standart əməliyyatların çox olduğu dövr kimi dəyərləndirmək olar. Rusiya -Türkiyə ticarət əlaqələrində birbaşa ödənişlər həyata keçirilirdi. Müharibənin riski, sanksiyaların əhatə dairəsi məlum olduqdan sonra isə sakitlik hökm sürdü. Qeyd edim ki, tək Azərbaycandan Türkiyədə köçürmələr azalmayıb. Məsələn, Rusiya 2022-ci ildə Azərbaycana 2 milyard 969 milyon dollar pul köçürtmə əməliyyatı etmişdisə, bu rəqəm 2023-cü ildə azalaraq 1 milyard 48 milyon olub. Azərbaycandan da xaricə göndərilən pulların həcmində 17 faiz azalma müşahidə edilir. 2022-ci ildə ölkədən xaricə 665 milyon dollar göndərilibsə, 2023-cü ildə 550 milyon dollar köçürülüb. Yəni, bütün istiqaməmlərdə ödəmələrdə eniş mövcuddur. Hətta, xaricə göndərilən vəsaitdənsə, ölkəyə daxil edilən pulların miqdarında daha çox azalma var".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan: Sülh sazişi imzalanmalı, ratifikasiya edilməlidir
12:28 08.10.2026
Gündəm
Baş nazir: Köçəryan çoxdan həbs edilməliydi
12:19 08.10.2026
Region
Tramp Putini doğum günü münasibətilə təbrik etməyib
12:17 08.10.2026
Gündəm
Suaresdən Messiyə vida: Bu, səni daha böyük edir
12:06 08.10.2026
Futbol
Nikol Paşinyanın diplomu yoxdur?
11:43 08.10.2026
Gündəm
Tramp: İran artıq təhlükəli deyil, müharibə tezliklə bitəcək
11:16 08.10.2026
Gündəm
Pilotlar qəsdən törədib: 20 il ərzində 800-dən çox insan ölüb
11:15 08.10.2026
Hadisə
Yaponiya ölkəyə nüvə silahı gətirir
10:57 08.10.2026
Dünya
Dodon: Moldova müharibəyə yaxınlaşır
10:43 08.10.2026
Dünya
Maduronun həyat yoldaşı həbsdən azad edilməsini istəyir
10:43 08.10.2026
Dünya
İlham Əliyev Türkmənbaşı şəhərində "Avaza" Kompleksinə gəlib
10:27 08.10.2026
Gündəm
İstanbulda binanın dağıntıları altından 5 nəfər xilas edilib
10:06 08.10.2026
Hadisə
İçində 110 nəfərin olduğu təyyarəni ildırım vurdu
09:52 08.10.2026
Hadisə
Türkiyə və Pakistan ordu yeridir – İran “nəzərə alacaq”?
09:42 08.10.2026
Dünya