Almaniyanın Ukraynaya ayırdığı yardımın yarısından az hissəsinin birbaşa ölkəyə çatdığı iddia olunur.
Sherg.az xəbər verir ki, “Strana” nəşri Almaniyanın Ukraynaya göstərdiyi maliyyə və hərbi dəstəklə bağlı məlumatları yayıb.
Məlumata görə, ayrılan vəsaitlərin bir hissəsi Ukraynaya birbaşa yardım kimi deyil, müxtəlif layihələr, istehsal və digər mexanizmlər vasitəsilə yönəldilir.
Qeyd edək ki, Almaniya 2026-cı ildə də Ukraynaya hərbi və maliyyə dəstəyini davam etdirir.