Baş nazir: Köçəryan çoxdan həbs edilməliydi

“Ermənistanın hazırkı hökumətinin avtoritarizmə yuvarlana biləcəyindən narahatıq”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan brifinqdə jurnalistin hökumətin avtoritar rejimə çevrilə biləcəyindən narahat olub-olmaması ilə bağlı sualı cavablandırarkən deyib.

“İstənilən demokratiya avtoritarizmə çevrilmək təhlükəsindən narahat olmasa, həmin təhlükənin reallaşma ehtimalı daha böyükdür. Əlbəttə, bizim də narahatlığımız var. Hesab edirik ki, “indiki-keçmiş” məntiqindən də çıxmaq lazımdır. Yeri gəlmişkən, insanlar bizi ittiham edirlər və söyləyirlər ki, əgər indiyə qədər Robert Köçəryan və Qaqik Sarukyan barəsində ədalət mühakiməsi həyata keçirilsəydi (həbs edilsəydi), bu vəziyyət yaranmazdı.

Biz partiya daxilində də özümüzə sual veririk: niyə parlamentdə mahiyyətinə və ideologiyasına görə yeni müxalif siyasi qüvvə meydana çıxmır? Bəs bunun üçün hansısa yeni iş görməliyik, ya yox? Əgər yeni iş görsək, bizdən asılı olmayaraq “müştərilər sahəsi”nə düşə bilərik; o vaxt hakimiyyət, müxalifət və “hakimiyyətin müştərisi olan müxalifət” var idi. Amma bizim belə resurslarımız yoxdur və biz ideoloji baxımdan bununla bir araya sığmırıq”, - Paşinyan qeyd edib.

Ermənistan Baş naziri əlavə edib ki, müxalifət qüvvələri siyasi meydanı maliyyə imkanları hesabına inhisarlaşdırıb və digər siyasi qüvvələrin formalaşması üçün yer qoymurlar.