
Ekspert: ADA-ya Heydər Əliyevin adının verilməsini təklif edərdim
09:52 08.05.2024
Elm və Təhsil
947
Deputat, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentdəki çıxışında öncə spikeri və onu müşaiyət edən nümayəndə heyətinin üzvlərini Monteneqroya uğurlu səfər etdiklərinə görə təbrik edib, daha böyük uğurlar arzulayıb.
Onun sözlərinə görə, qarşıdan görkəmli dövlət xadimi Heydər Əliyevin doğum günü gəlir:
“Heydər Əliyev yenicə müstəqillik əldə etmiş və ağır günlərini yaşayan Azərbaycanı vətəndaş qarşıdurmasından xilas edib, ölkəni dinc inkişaf yoluna çıxarıb”.
Deputat bildirib ki, onun misilsiz bacarığı sayəsində imzalamış “Əsrin müqaviləsi” torpaqlarımızın işğaldan azad olunmasında, ölkəmizn yenidən qurulmasında müstəsna rol oynamaqdadır: “Allah ruhunu şad etsin. Bu gün Heydər Əliyevin davamçılarının əsas işi Azərbaycanı güclü iqtisadiyyata sahib, demokratik hüquqi dövlətə çevirmək, ədalətli cəmiyyət qurmaq olmalıdır. Heydər Əliyev irsinə ən böyük töhfə bu ola bilər. Çox əlamətdar haldır ki, böyük dövlət adamı Heydər Əliyevin adını daşıyan Heydər Əliyev Fondu bu gün 20 yaşını qeyd edir və Mehriban xanım Əliyevanın rəhərliyi altında onun irsinin öyrənilməsi və təbliğ edilməsində, ölkənin mədəni tərəqqisi üçün çoxsaylı elm, təhsil, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və humanitar layihələr həyata keçirir”.
Q.Həsənquliyev qeyd edib ki, Fond Qarabağ həqiqətlərini dünyaya çatdırılması və Azərbaycanın sivil və dünyəvi ölkə kimi beynəlxalq imicinin yüksəldilməsi, mədəniyyətimizin təbliğ edilməsində böyük işlər görür: “Mən çox istəyərdim ki, fond böyük dövlət adamı Heydər Əliyevin adını daşıdığından fond ölkəmizdə siyasi sistemin inkişafına ciddi töhfə versin. Siyasi araşdırmaların aparıldığı və təhlükəsizlik məsələlərinin müzakirə olunduğu bir mərkəzə çevrilsin. Dünyanın bir çox ölkələrində görkəmli dövlət adamlarının adını daşıyan mərkəzlər, fondlar həm də bu işlərlə məşğul olurlar. Fondun bugünkü potenaisalı belə bir missyanı həyata keçirməyə imkan verir. Azərbaycanda biz, region ölkələri ilə müayisədə elm adamlarının, ali təhsillilərin, universitetlərin sayına görə, geridə qalırıq. Fond Heydər Əliyevin adını daşıyan siyasi və hüquqi elmlər universiteti təsis etsin. Bu, çox təqdirəlayiq bir hadisə olardı. Və bu mənim arzularm idi. Fondun gördüyü böyük işlərə görə, onlara təşəkkürümü bildirirəm, gələcək fəaliyyətlərində uğurlar arzulayıram”.
Təhsil eksperti Cahid İmanlı "Sherg.az"a bildirib ki, hansısa bir universitetin yaradılması təklifi veriləndə ən azından ilkin dəyərləndirmə aparılmalı, başlıca istiqamətlər müəyyənləşdirilməlidir:

“Bu baxımdan Heydər Əliyevin adını daşıyacaq universitetin yaradılması təklifi irəli sürülürsə, nəzərə alınmalıdır ki, həmin universitet nəinki respublikamızın, dünyanın nüfuzlu ali məktəbi olmalıdır. Burada siyasi və hüquq elmləri üzrə məhz hansı dərslərin tədris olunması, tələbələrin sayı, onların gələcəkdə işlə təmin olunması və.s kimi məsələlər yaradılacaq universitetin üstünə böyük məsuliyyət qoyur. Heydər Əliyevin adını daşıyan universitet bu məsuliyyəti öz üzərinə götürməyi bacarmalıdır. Hazırki vəziyyətdə cənab deputatımızın təklifinə münasibət kimi Azərbaycan Diplomatik Akademiyasına dünyanın dahi diplomatları, dövlət xadimləri ilə bir sırada duran Heydər Əliyevin adının verilməsini təklif edərdim.”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məkkədə “canlı bomba hücumu” iddiası rəsmən təkzib edildi
13:13 02.10.2026
Dünya
Ankara türk ölkələrinə çağırış etdi
13:06 02.10.2026
Dünya
Sabah intensiv yağış yağacaq, güclü külək əsəcək
12:47 02.10.2026
Ekologiya
Ötən ay dövlət sərhədinin pоzulmasına görə 16 əcnəbi saxlanılıb
12:38 02.10.2026
Hadisə
Səfir: TRIPP-in inşasına gələn ilin əvvəlində başlanacaq
12:17 02.10.2026
Gündəm
Qaxda 7 kiloqram narkotik vasitə aşkarlandı
11:59 02.10.2026
Hadisə
Türkiyə və Gürcüstan müdafiə nazirləri Şuşada görüşdülər
11:48 02.10.2026
Gündəm
Daha bir məktəbdə 14 şagird zəhərləndi
11:30 02.10.2026
Hadisə
Rzayi Mustafayevin barmaq uclarını niyə sıxdı? - VİDEO
11:29 02.10.2026
Gündəm
Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır
11:25 02.10.2026
Gündəm
Azərbaycanda güclü zəlzələ oldu - Foto
11:22 02.10.2026
Hadisə
Nikzad: Xamenei möcüzə sayəsində xilas oldu
11:10 02.10.2026
Dünya
Peskov: Rusiyaya atəşkəs yox, sülh lazımdır
10:31 02.10.2026
Dünya
Paşinyan Minskdəki iclasa onlayn qatıldı
10:29 02.10.2026
Dünya
Güllü Muradovaya vəzifə verildi
10:25 02.10.2026
Mədəniyyət