
Avtomobillərin qiymətinin artması... -AÇIQLAMA
12:57 16.05.2024
Cəmiyyət
758
2024-cü ilin ilk 4 ayında Azərbaycana 27 838 ədəd müxtəlif təyinatlı avtomobil gətirilib. Modern.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, gətirilən avtomobillərin ümumi dəyəri 502.6 milyon dollar olub. İlk 4 ayda ölkəyə gətirilən maşınların 25 003 ədədi minik avtomobili olub. Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycana gətirilən minik avtomobillərinin sayı təxminən 2500 ədəd azalıb. Yanvar-aprel aylarında Azərbaycana 5 111 ədəd hibrid, 1 012 ədəd isə elektrik mühərrikli avtomobillər idxal edilib. Hər iki kateqoriyada Azərbaycana gətirilən maşınların sayı artıb. Belə ki, ötən ilin eyni dövründə Azərbaycana 4474 hibrid, 568 elektrik mühərrikli maşın gətirilib. Hibrid və elektrik avtomobillərin sayı ilə yanaşı qiyməti də artıb. 2023-cü ilin yanvar-aprel aylarında Azərbaycana gətirilən hibrid avtomobillərinin birinin orta qiyməti 20 min dollara yaxın olubsa, bu il 30 min dollardan çox olub. Elektrik maşınların birinin orta qiyməti isə 42 min dollardan 43 min dollara qalxıb. Ümumilikdə, ölkəyə gətirilən minik maşınlarının birinin orta qiyməti ötən illə müqayisədə təxminən 3700 dollar bahalaşıb.
Nəqliyyat eksperti Aslan Əsədov "Sherg.az"a bildirib ki, avtomobillərin qiymətinin bahalaşması mövsümlə əlaqədardır:

"Ədatən, isti aylarda nəqliyyat sektorunda canlanma müşahidə olunur. Təbii ki, bu nüans qiymətlərə öz təsirini göstərir. Bildiyiniz kimi, yaşı 15 dən çox olan avtomobillərin taksi fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulub. Artıq daha çox ili yeni avtomobillərin idxalına başlanılıb. Bu nüans da qiymətə təsir edir. Həmçinin, avtomobillərin bahalaşması daşınma xərcləri ilə bağlı ola bilər. Yəni, bu prosses istəyə uyğun olaraq fərdi və xarici şirkətlər tərəfindən reallaşdırılır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-də təəccüblü hadisə: Edam cəzası icra olunmadı, məhbus ölmədi
13:25 01.10.2026
Hadisə
Corabla yatırsınızsa... Bu vərdişiniz haqqınızda nə deyir?
12:43 01.10.2026
Sağlamlıq
Uzun müddət oturmaq infarkt riskini artırır
11:51 01.10.2026
Sağlamlıq
Prezident İlham Əliyev Çin liderini təbrik edib
11:33 01.10.2026
Gündəm
SEPAH: İranda 6 terrorçu öldürülüb
11:28 01.10.2026
Gündəm
Pakistanda azərbaycanlı qızı təcavüzkarlara satan qadın saxlanıldı
11:23 01.10.2026
Dünya
20 ildən sonra ARB-dən çıxarılır
11:19 01.10.2026
Media
İki ölümcül iynəyə tab gətirdi - Edamı bu səbəbdən baş tutmadı
11:17 01.10.2026
Dünya
Tiktok Azərbaycanda vergi uçotuna alındı
11:15 01.10.2026
Aktual
Oktyabrın 2-də işıq kəsiləcək - Bu ərazilərdə
11:14 01.10.2026
İnfrastruktur
Fərhad Məmmədov: AQEM beynəlxalq təşkilata çevrilə bilər
11:13 01.10.2026
Gündəm
NATO baş katibi Rusiyanın nüvə təhdidinə bir cümlə ilə cavab verdi
11:05 01.10.2026
Gündəm
Türkiyədə böhran: Ərdoğan hökumətdə dəyişikliyə gedir
10:38 01.10.2026
Gündəm
Polşa onu Azərbaycana təhvil verdi
10:35 01.10.2026
Cəmiyyət