COP29 tədbirinədək sülh müqaviləsi realdır -ŞƏRH
Yusif Sultanoğlu
01:25 31.05.2024
Aktual
459
Əgər xarici və daxili təzyiqlər zəifləsə, Paşinyan hökuməti Bakı ilə sülh sazişinin imzalanmasını gecikdirməyəcək
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib ki, Ermənistanın uzun müddətdir işğal etdiyi 4 kəndi Azərbaycana qaytarması normallaşma prosesinə müsbət töhfə verir. Nazirin sözlərinə görə, Azərbaycan sülh prosesinə sadiqdir və rəsmi Bakı hesab edir ki, sülh bütövlükdə firavan və təhlükəsiz region üçün müsbət nəticələr verəcək. “Hraparak” nəşri də yazıb ki, Ermənistan və Azərbaycan arasında demarkasiya ediləcək növbəti ərazilərin hara olacağı artıq müəyyənləşib. Nəşr qeyd edib ki, demarkasiya işləri mərhələli şəkildə aparılacaq: "Növbəti addım anklavların (Kərki, Yuxarı Əskipara, Bərxudarlı və Sofulu) qaytarılması olacaq. Ardınca Sotk (Söyüdlü) və Vardenis (Basarkeçər) rayonu, daha sonra Sünik (Zəngəzur) olacağı deyilir. Dünən Çəmbərək rayonunun Vahan kəndindən xəbər verdilər ki, yaxınlıqdakı tarlalarda tədqiqatçılar görüblər. Onlar bildirib ki, Azərbaycan bu istiqamətdə 12 müdafiə mövqeyinin verilməsini tələb edir. Artıq həmin ərazilərin təhvil verilməsi vəd edilib". Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bildirib ki, Azərbaycanla Ermənistan arasında hazırkı sülh fürsəti qaçırılmamalıdır. O qeyd edib ki, Ermənistan xarici güc və diasporun əsarətindən qurtulduğu halda Azərbaycanla sülhə daha yaxın olacaq: “Qarabağın 30 illik işğaldan sonra azad edilməsi bölgədə tarixi fürsət pəncərəsi açıb və bu fürsətdən istifadə etmək lazımdır. Erməni xalqı gələcəyini xaricdə "qəzəl" oxuyanlarda deyil, əsrlərdir birlikdə yaşadığı qonşularında görməli, anlamalı və lazım olanı cəsarətlə etməlidir”.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ötən gün Azərbaycan və Ermənistan arasında tezliklə sülh sazişinin imzalanmasının mümkün olduğunu deyib. Paşinyan qeyd edib ki, tərəflər mətn üzərində işi tam başa çatdırmağa nail olduqdan sonra yer və vaxt üzərində məsələlər daha ətraflı müzakirə oluna bilər. Onun sözlərinə görə, daha əvvəl İrəvan və Bakı tərəfləri əvvəllər Praqa və Brüsseldə ümumi prinsiplər barədə razılığa gəliblər, lakin indi bu prinsipləri kağız üzərində əks etdirmək lazımdır.
Beynəlxalq Münasibətlər və Diplomatik Araşdırmalar Mərkəzinin rəhbəri Samir Hümbətov deyib ki, sülh danışıqları ilə bağlı nikbinlik müşahidə olunur. Analitikin fikrincə, əgər xarici və daxili təzyiqlər olmazsa, Nikol Paşinyan hökuməti Bakı ilə sülh sazişinin imzalanmasını gecikdirməz:
"Ermənistan Baş naziri Nikol Paşinyan da təzyiqlərə məruz qalır. Məlumdur ki, Ermənistanda keşiş Baqrat Qalstanyanın rəhbərliyi ilə etiraz aksiyaları davam edir. Radikal müxalifət, revanşistlər də prosesə cəlb olunub, etirazçıları təhrik edirlər. Danışıqlar prosesində irəliləyiş olması üçün tərəflər qarşılarına qoyduqları məsələləri tam icra etməli, əməli addım atmalıdırlar. İrəvan hökuməti sülhə doğru addımlamaqda qərarlı olduqlarını iddia edirlər. Nə qədər qətiyyətli olduqları yaxın günlərdə bəlli olacaq. Azərbaycan ilk gündən nə deyibsə, hamısını reallaşdırıb, hədəflərimiz dəyişməyib. Sözün açığı, Paşinyan hakimiyyətinin məruz qaldığı daxili və xarici təzyiqlər Ermənistanın verdiyi sözlərə vaxtında əməl edəcəyini sual altında qoyur. Erməni lobbisi də İrəvan hakimiyyətini sıxışdırır. Baş nazir ona təzyiq edən güclərə qarşı əhalinin dəstəyinə güvənir. Ermənilər də anlayır ki, müharibə böyük problemlər, faciələr gətirir. Gedişat yaxın aylarda sülhün çərçivə sənədinin imzalanma ehtimalının olduğunu göstərir. Hətta müqavilənin COP29 tədbirinədək imzalanması mümkün görünür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya