Özgür Özəl: Mənim prezidentliyə namizəd olmaq kimi bir məqsədim yoxdur
09:55 31.05.2024
Siyasət
390
"CHP-ni iqtidara gətirməsəm istefa vercəyəm, siyasəti o gün buraxacağam"
CHP sədri Özgür Özəl "Halk TV"-nin canlı yayımında gündəmlə bağlı sualları cavablandırıb.
Sherg.az xəbər verir ki, CHP lideri Rəcəb Tayyib Ərdoğanla iyunun 9-dan sonra gözlənilən görüşünün formatını açıqlayıb.
Prezident Ərdoğanın partiyasının qərargahına səfəri zamanı görüşün təkbətək baş tutacağını bildirən Özəl, "Ancaq Namık Tanın heyətləri müşayiət edəcəyini düşünürəm. Amma əsas görüş aramızda baş verəcək” deyib.
CHP-nin öz şəxsiyyəti ilə konstruktiv və təsirli müxalifət quracağını ifadə edən Özəl, namizəd müzakirələri ilə boş yerə millətin gündəmini zəbt etməyəcəklərini bildirib və belə davam edib:
"Prezidentliyə namizəd olmaq kimi bir məqsədim və niyyətim yoxdur. Mənim bir niyyətim var. Atatürkün partiyasını, Cümhuriyyətin ikinci əsrinin ilk yerli seçkilərində birinci partiya olduğunu dedimsə , ən böyük hədəfə çatmışam deməkdir. Özüm üçün heç bir şey istəmədim, istediyim tək bir şey var: Gəlin bu seçkilərdə Cümhuriyyət Xalq Partiyasını iqtidara gətirək, bir CHP-lini də başqan edək. Bu ölkəni Qazi Mustafa Atatürkün dilədiyi ölkə, iqtidar halına gətirək. Mənim işim bu partiyanı yönəltməkdir. Mən CHP-ni iqtidara gətirməsəm, o gecə buraya çıxıb, istefa vercəyəm, siyasəti o gün buraxacağam. Bu qədər ciddi söyləyirəm.İlk yerli seçkilərdə CHP-ni birinci etdik. Deyirdilər ki, seçkidə çox pis nəticələr alacaqlar. CHP tarixin ən qısa lideri olacaq. Nə oldu? 50 illik tarixin ən böyük uğurunu birlikdə qazandıq, çıxıb mən qazandım demədim, mən qazanmadım ki. Birlikdə qazandıq".
Oxşar xəbərlər
Türkiyə səfiri: "Azərbaycanla münasibətlərimiz tarixdə ən yüksək mərhələni yaşayır"
16:00 11.05.2026
İlham Əliyev: "44 gün ərzində bizə təzyiq göstərənlər arasında nüvə dövlətləri var idi"
14:20 10.05.2026
Xəbər lenti
Hamısına bax
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya