Yararsız peşə məktəbləri: Öyrədənlərin öyrədilməsinə ehtiyacı var -RƏY
11:56 03.06.2024
Sosial
403
Sərhəd bölgələrində vətəndaşların məşğulluğu ilə bağlı addımlar atılmalıdır. Çünki iş yerləri kifayət qədər olsa da, peşə hazırlığının olmaması səbəbindən işsizlik yaranır.
Trend-in məlumatına görə, bunu deputat Məlahət İbrahimqızı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Məşğulluq haqqında” qanuna dəyişiklikliyin müzakirəsi zaman deyib.
Deputat bildirib ki, müşahidələrə əsasən sərhəd bölgələrində cavan şəxslər demək olar yoxdur.
“İş var, amma peşə hazırlığı ilə bağlı addımlar atılmır. Hətta maraqlandım bir çox qurumların boş vakant yerləri var, amma kənddə olan insanların, orada çalışmaq istəyənlərin peşə hazırlığı yoxdur. Ucqar kəndlərdə əlçatanlıq məsələsində müəyyən problemlər var. Yaxud da adi texnik işinə qəbul mərkəzləşdirilmiş qaydadır, tələb olunan sənədlərin elektron formada göndərilməsi istənilir. Nəzərə almaq lazımdır ki, ucqar kənddə yaşayan və bu işdə işləmək istəyənlər ali təhsilli deyil”, - o əlavə edib.
İqtisadçı-ekspert Xalid Kərimli isə “Sherg.az”a bildirib ki, tək sərhəd bölgəsində deyil, ölkədə ciddi məşğulluq problemi var:
“Azərbaycanda maaşlar və orta əmək haqqı qonşu ermənistandan 200-250 manat aşağıdır. Bunların hər biri iş yerlərinin olmaması səbəbindən qaynaqlanır. Orta aylıq əmək haqqının aşağı olmasının ən böyük səbəbi bazarda işçiyə tələbin azlığıdır. Potensial bazara çıxarılan iş yerləri az, ancaq iş axtaranlar çoxdur. Avropada işçinin 5-10 min euro Azərbaycanda isə 500-1000 min manat almasının ən böyük səbəbi məhz işçi bazarında olan problemlərdir. Məşğulluğun problem olması həm ciddi sosial, həm də psixoloji və cinayətkarlığa məcbur edən məsələlərdir. Sərhəddə bunun aktuallığı artıb. Çünki Azərbaycanın sərhədlərinin Rusiya və İran tərəfdəki təhlükəsizlik məsələləri ön plana çıxır. Sərhəddə insanların narazı qalmaması daha vacib məsələdir. Bu o demək deyil ki, digər yerlərdə işçi az olmalıdır. Ümumiyyətlə işçilərin keyfiyyətində də problemlər var. Ancaq bunun özü də bir çox səbəblərdən asılıdır. Bir tərəfdən deyirik öyrətsinlər. Bəs onları kim öyrədəcək?… Texniki peşə məktəbləri yararsızdır. Azərbaycanın təhsil sisteminin ciddi problemi var. Yəni öyrədənlərin öyrədilməsinə ehtiyacı var. Texniki peşə məktəbində guya nə öyrədirlər ki?.. İnsanlara yüksək İT qabiliyyət və proqramistlikmi öyrədirlər? Köhnə sovetdən qalmış dövrün tələblərinə cavan verməyən qurumlardır.”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya
Britaniya Baş naziri: "Brexit"lə bağlı vədlər puç olub
14:37 11.05.2026
Dünya
ABŞ və İran arasında dialoq yolu bağlandı
14:19 11.05.2026
Gündəm
Aİ Suriya ilə əməkdaşlıq sazişini tam şəkildə bərpa edib
14:10 11.05.2026
Dünya
Akif İslamzadənin vəziyyəti ilə bağlı OĞLUNDAN AÇIQLAMA
13:54 11.05.2026
Mədəniyyət