Salahla reklama çəkilən Hatice ana Misirdə məşhurlaşdı

“Trabzonspor”un yeni transferi Məhəmməd Salahla reklam filmində çəkilən 74 yaşlı Hatice Akbaş Misir səfəri zamanı böyük maraqla qarşılanıb.

Sherg.az xəbər verir ki, Trabzonun Sürmənə rayonundan olan Akbaş Salah üçün hazırlanan reklam videosundakı çıxışı ilə məşhurlaşıb.

Daha sonra həyat yoldaşı ilə Misirə dəvət olunan Akbaş səfər çərçivəsində əvvəlcə ümrə ziyarəti edib, daha sonra 4 gün Qahirədə qalıb.

Akbaş Misirdə kəfəni ilə tanındığını və insanların onunla şəkil çəkdirmək üçün yaxınlaşdığını bildirib. O, Salahı öz evində qonaq etmək və ona kuymak hazırlamaq istədiyini də deyib.

74 yaşlı qadının növbəti arzusu isə Qaradənizdə çəkiləcək seriallarda rol almaqdır.