
Ermənistanın revanş planı: İndi də Cənubi Koreyadan silah alırlar -ŞƏRH
10:51 08.10.2024
Dünya
529
Fransa və Hindistan kimi ölkələrin dayanmadan Ermənistanı silahlandırması hər kəsə bəllidir. İndi isə Ermənistan Cənubi Koreya istehsalı olan və dağlıq əraziyə uyğunlaşdırılmış K2 tanklarının alınması imkanını nəzərdən keçirir. Bu haqda “Army Recognition” portalı Cənubi Koreya mətbuatına istinadən xəbər verib. Məlumata görə, Ermənistanın müdafiə naziri Suren Papikyan “Hyundai Rotem” tərəfindən hazırlanmış K2 Qara Panter əsas döyüş tanklarının alınması imkanlarını araşdırmaq üçün 2024-cü ilin sentyabrında Cənubi Koreyaya səfər edib. Bundan başqa, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da sentyabrın 6-da Cənubi Koreyaya səfər edərək silah alışı məsələlərinə dair bir sıra görüşlər keçirib.
Hərbi ekspert Ədalət Verdiyev “Sherg.az”a bildirib ki, Ermənistan prioritet olaraq hazırsa sülhün əldə olunmasına deyil, silahlanaraq revanşa hazırlaşır:

“Bu baxımdan Ermənistanın hərbi-siyasi rəhbərliyinin keçirdiyi görüşlər fonunda ictimaiyyətə rəsmi İrəvanın müharibədə itirdiyi silah arsenalının bərpa olunmasına dair müəyyən siqnallar ötürülür. İndiyə qədər Ermənistanın Hindistan və Fransadan silahlandırıldığı ilə bağlı məlumatlar alırdıqsa, indi həmin siyahıya Cənubi Koreya da əlavə olunub. Hələlik bu barədə nə Cənubi Koreya, nə də “Hyundai Rotem” şirkəti rəsmi açıqlamar verməyib. Belə bir hərbi əməkdaşlığın mövcudluğuna dair rəsmi açıqlamalar olsa da, tankların alınması və nə vaxt çatdırılması ilə bağlı xəbərlər yoxdur. Xatırlatmaq lazımdır ki, Ermənistan üçün Koreya tanklarının alınması və onların texniki xidmət və servisin təşkil olunması asan məsələ deyil. Çünki Ermənistanın texniki infrastrukturu mövcud deyil. Amma böyük vəsaitlər hesabına həmin tankların alınması prespektivdə praktik olaraq mümkündür”.
Ekspert qeyd edib ki, Ermənistan silahlanması ona heç bir xoşbəxtlik gətirməyəcək:
“Ermənistana II Qarabağ müharibəsinə qədər müxtəlif ölkələr tərəfindən xüsusilə də Rusiya tərəfindən kifayəq qədər ciddi silah yardımları edilirdi. Ancaq həmin silahların heç bir Ermənistana kömək olmadı. Çünki silah əslində bir metal yığınıdır, vacib olan həmin texnikanı istifadə edən heyətin mənəvi-psixoliji vəziyyəti və onun peşəkarlığıdır. Əgər heyət peşəkar deyilsə, istənilən tank onun üçün sadəcə ağır kütləyə malik metaldır. Ermənistanın belə addımları onu uçuruma sürükləyir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə