İrəvan COP29-a qatılmadı: Daha bir ideal fürsət əldən çıxdı
Yusif Nəzərli
12:32 12.11.2024
Siyasət
471
Təəssüflə qeyd edim ki, Ermənistan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmir. Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev COP29 çərçivəsində jurnalistlərə açıqlamasında söyləyib. Prezidentin köməkçisi bildirib ki, Azərbaycan konvensiyanın üzvü olaraq bütün tərəflərə dəvət göndərib.
H.Hacıyev qeyd edib ki, Ermənistan qeydiyyatdan keçsə də, hələ onlar tərəfindən nümayəndələrin iştirakı barədə məlumat daxil olmayıb. Əgər Ermənistan tərəfi özü bu tədbirdə iştirak etmirsə, bundan başqa, regional əməkdaşlıqdan, ölkələrarası təmasdan danışırsa, bu, bir daha onu göstərir ki, Ermənistan bu kimi hallardan istifadə edərək yalnız özünün birtərəfli təbliğatına çalışır. Amma düşünürük ki, Ermənistan tərəfi konvensiyanın üzvü kimi dəvət almışdı və tərəf kimi də tədbirdə iştirak edə bilərdi. Hər bir halda Ermənistanın öz qərarıdır. Təkrar qeyd etmək istərdim ki, Azərbaycan konvensiyanın üzvü olaraq öz üzərinə düşən məsuliyyəti tam şəkildə yerinə yetirib və bütün dövlətlərin lazımi, zəruri və nəticəyönümlü müzakirələr aparması üçün tam şərait yaradıb. Lakin Azərbaycana qarşı əks təbliğat kampaniyasında Ermənistan və onunla əlaqəli dairələr yaxından iştirak edirlər.
Politoloq Zeynal Əmrəliyev “Sherg.az”a söyləyib ki, Azərbaycan ev sahibi olaraq konvensiyanın bütün iştirakçısı olan dövlətlərə dəvət göndərib:
“Ancaq çox təəssüflər olsun ki, bəzi ölkələr xüsusilə də Azərbaycanla sülh danışıqları aparan Ermənistan bu təklifdən imtina edib. COP29 tədbiri ilə bağlı Azərbaycan öz üzərində düşən öhdəlikləri layiqincə yerinə yetirib. Bütün qonaqların təhlükəsizliyi ən yüksək səviyyədə həyata keçirilib. Ermənistanın sözügedən tədbirdə iştirakı iki ölkə arasındakı sülh danışıqları üçün müsbət rol oynacaqdı, eyni zamanda formalaşmaqda olan etimad mühitinin yaranmasına gətirib çıxaracaqdı. COP29 beynəlxalq tədbirdir və burada aparıcı dünya dövlətləri liderlik səviyyəsində iştirak edirlər. Yəni Ermənistanın tədbirdən imtina etməsi birbaşa Birləşmiş Millətlər Təşkilatına (BMT) hörmətsizlikdir. Nəzərə almaq lazımdır ki, rəsmi İrəvan bölgədə ekologiyanı ən çox çirkləndirən ölkələrdən biridir. Uzun müddət Metsamor Atom Elektrik Stansiyası bölgə üçün çox böyük təhdidlər yaradıb. Azərbaycanın torpaqları Ermənistan tərəfindən işğal olunarkən həmin ərazilərdə həyata keçirilən ekoloji terror siyasəti nəticəsində bölgənin flora və faunasına ciddi şəkildə ziyan dəymişdi. Həmçinin Ermənistanın özündə də ekoloji çirklənmə bərbad gündədir. Buna görə də COP29-da iştirak etməməsi iki ölkə münasibətləriylə yanaşı Ermənistanın özünün qlobal iqlim dəyişikliyinə göstərdiyi mənfi münasibətdən qaynaqlanır. Görünən odur ki, Ermənistan əlində olan fürsətləri dəyərləndirə bilmir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı
Dörd bürcə XƏBƏRDARLIQ: daha diqqətli olmalıdırlar
09:05 15.11.2026
Cəmiyyət
Qışda maşını sürməzdən əvvəl neçə dəqiqə qızdırmaq lazımdır?
08:53 15.11.2026
Aktual
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb
08:11 15.11.2026
Dünya
“Salman Xan 6 həftə məni qorudu” - Oksana Rəsulova
07:59 15.11.2026
Şou
Z nəsli qızları keçəlləşmə təhlükəsi ilə üz-üzədir
07:23 15.11.2026
Sağlamlıq