
Qərbin düşmənçilik siyasəti: Trampla başlayan yeni dönəm
12:43 12.11.2024
Siyasət
559
"Ukrayna müharibəni Rusiyaya uduzub.
Ancaq Rusiyanın hərbi qələbəsini siyasi-diplomatik reallığa çevirməsi hələ mümkün görünmür".
Bu sözləri "Sherg.az" a açıqlamasında siyasi şərhçi Vüqar Dadaşov deyib.
Siyasi şərhçinin sözlərinə görə, Qərb Ukrayna ilə Rusiya arasında əbədi düşmənçilik yaratmaqla strateji siyasi qələbəsini qazanıb:

"Hal-hazırda Rusiya əldə etdiyi uğurları saxlamaq üçün müharibəni dayandırmaq və danışıqlara getməyə maraqlı tərəfdir. Ancaq Qərb müharibədən çıxmağa bir çox səbəblərə görə çətinlik çəkir. Əvvəla, Ukrayna özü məğlubiyyəti qəbul etmir və müharibəni davam etdirməkdə israrlıdır baxmayaraq ki, hərbi resursları tükənib.
Əsas həlledici məqam isə ondadır ki, Rusiyanın işğalının rəsmiləşməsi presedent kimi, dünya üçün yeni təhlükələr vəd edir və dövlətlərin ərazi bütövlüyü, suverenliyinin artıq şərti anlayışa çevrilir. Həm də, suveren Ukrayna dövlətinin Qərbin, yaxud NATO-nun istəyi ilə deyil, Rusiyanın istəyi ilə parçalanması Rusiyanı kollektiv Qərb üzərində mütləq qalibə çevirir. Bütünlüklə kollektiv Qərbin, NATO İttifaqının bu nəticə ilə razılaşacağına inam azdır. Yeri gəlmişkən, Ukraynanın sabiq xarici işlər naziri Dmitri Kuleba 2022-ci ilin əvvəlində ABŞ Prezidenti Co Baydenin masasında Ukraynanın süqutu ilə bağlı proqnozların əks olunduğu sənədi gördüyünü qeyd edib.
Donald Trampın ABŞ prezidenti seçilməsi ilə Rusiya - Ukrayna müharibəsinin dayanacağına ümidlər yaransa da, şərtlər Donald Trampı seçki öncəsi səsləndirdiyi fikirlərdən fərqli addımlar atmaq məcburiyətindədir. Əlbəttəki ki, bu prosesin ancaq görünən tərəfidir. Deməli, Trampın yenidən prezident seçilməsi də "Deep state" strukturdan kənar deyil".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı
Dörd bürcə XƏBƏRDARLIQ: daha diqqətli olmalıdırlar
09:05 15.11.2026
Cəmiyyət
Qışda maşını sürməzdən əvvəl neçə dəqiqə qızdırmaq lazımdır?
08:53 15.11.2026
Aktual
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb
08:11 15.11.2026
Dünya
“Salman Xan 6 həftə məni qorudu” - Oksana Rəsulova
07:59 15.11.2026
Şou
Z nəsli qızları keçəlləşmə təhlükəsi ilə üz-üzədir
07:23 15.11.2026
Sağlamlıq